Kitabda XVI-XVII əsrlər görkəmli Azərbaycan şairi, ədəbiyyatşünası və rəssamı Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı ilk dəfə olaraq bütövlükdə tədqiq edilir. Müəllif müxtəlif mənbələri, şairin əsərlərini ətraflı təhlil edərək onun lirikasının özəllikləri, ədəbiyyat tariximizdəki mövqeyi, şəxsi insani keyfiyyətləri barədə fikir söyləmişdir.