Kitabın təqdim olunan I cildinə XVII əsrin müqtədir Azərbaycan şairi Qövsi Təbrizinin ana dilində bağladığı divanın tekstoloji tədqiqi və elmi-tənqidi mətninin tərtib prinsipləri, eləcə də elmi-tənqidi mətn tərtib ediləndən sonra əldə edilmiş Təbriz nüsxəsinin fotofaksimilesi daxil edilmişdir. Təbriz nüsxəsinin nəşrə əlavə edilməsi “Divan”ın elmi-tənqidi mətninin gələcəkdə daha da təkmilləşdirilməsinə kömək etmək məqsədi daşıyır.