Jump to ratings and reviews
Rate this book

Избранные

Rate this book
В книге представлены исследования, уникальные фотографии, рукописи, интересные сведения о лидерах Азербайджанской Демократической Республики Мамед Эмине Расулзаде, Алимардан-беке Топчибашеве, о таких выдающихся политических деятелях и литераторах, как Али-бек Гусейнзаде, Ахмед-бек Агаоглу, Алмас Илдырым, Ахмед Джафароглу.

В этой книге вы познакомитесь с первыми издателями, женщинами-педагогами Азербайджана, узнаете, с какими трудностями сталкивался журнал «Молла Насреддин».

Вы также прочитаете об ужасах, увиденных известным азербайджанским писателем в тюрьмах Российской империи, причинах, побудивших прославленного азербайджанского востоковеда принять христианство, таинственной смерти турецкого паши-героя, освободившего Баку от дашнаков и большевиков.

Большая часть фотографий, рукописей и писем, представленных в книге, - из личной коллекции автора.

220 pages, Paperback

Published January 1, 2020

2 people are currently reading
42 people want to read

About the author

Dilqəm Əhməd

13 books14 followers
Dilqəm Əhməd - 1985-ci ilin 3 dekabr tarixində Ermənistanın İrəvan şəhərində anadan olmuşdur. “Bozqırdan uçuruma", "İmtina", "Muza", "Kabilden Baküye sevgi metaformozu” kitablarının müəllifidir. "Dirilik nədir?" kitabının ön sözü ona məxsusdur. "Gündəlik Teleqraf" qəzetinin redaktorudur. Bir neçə jurnalda və internet saytda məqalələri yayımlanır.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
28 (62%)
4 stars
11 (24%)
3 stars
6 (13%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Yusif Mammadli.
60 reviews1 follower
January 14, 2020
“Sən bizimsən, bizimsən, durduqca məndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Əmin Abid Gültəkin

Dilqəm Əhməd tərəfindən yazılmış daha bir möhtəşəm kitab. Onun qələmindən oxuduğum bu üçüncü kitab da digər kitablar (“Mühacirlərin Dönüşü” və “Bir İldən Yüz İlə”) kimi maraqlı, axıcı və eyni zamanda maarifləndirici bir kitab idi. Dilqəm Əhməd bu kitabları şəxsi kolleksiyası hesabına, vətənimizdə və Türkiyədə həyata keçirdiyi araşdırmaların köməyi ilə ərsəyə gətirmişdir.
Daha öncəki rəyimdə də yazdığım kimi bu kitabları oxuyarkən fəxr eləməmək və eyni zamanda heyfslənməmək mümkün deyil. Amma eyni zamanda, bu millətin belə nümayəndələri haqqında oxuyarkən (məs: Almas İldırım, Cəlil Məmmədquluzadə, Ordubadi və s.) bir yandan da gələcəklə bağlı müsbət fikirlər formalaşır. Belə ki, bu millət, bu torpaq, bu insanları vaxtilə yetişdirə bilibsə, gün gələcək belə insanların sayı kütləviləşəcək, vətəninə millətinə xeyirli olacaq ziyalılar çoxalacaq və bu millət daha da böyük nailiyyətlər əldə edəcək deyə ümid edirəm.

Kitabda (digərlərində də olduğu kimi) nadir fotolar, əlyazmalar, və dövrün öndə gedən insanları haqqında maraqlı məlumatlar öz əksini tapıb. Kitabda bəzi məqamlar diqqətimi çəkdi və bunları aşağıda da qeyd edirəm:

Mirzə Fətəli Axundzadənin əlifba islahatı
Mirzə Fətəli Axundzadə öz əlifbamızın yaradılmasının vacibliyini başa düşür və bu yolda əməyini, əlindən gələni əsirgəmirdi. Bunun üçün o, zamaının Osmanlı İmperiyası ilə danışıqla aparmış, lakin müsbət bir nəticə əldə edə bilməmişdir.

“Axundzadənin fikrincə, əlifba islahatı ona görə lazımdır ki:
•Mövcud əlifbanın çətinliyi, xeyli vaxt aparması çox insanın elm arxasınca getməsinə mane olur, ona görə də, elmdən məhrum qalırlar.
•Xarici dillərdən tərcümə olunan əsərlərdəki yerlərin, ölkələrin adları, tibbi terminlər ərəb əlifbası ilə doğru ifadə oluna bilmir.
•Ərəb hərfləri türk dilinin səslərinə adekvat deyil.
Axundzadə əlifba məsələsinda əvvəlcə radikal fikirdə olmayıb. İlk fəaliyyətində ərəb əlifbasının sadələşdirilməsinin tərəfdarı olub, daha sonra isə birdəfəlik əlifbanın dəyişdirilməsini istəyib. Axundzadə təklifinin qəbul edilməməsinin səbəbi kimi İran və Osmanlı əyanlarının xalqın maariflənməsini istəməməsi olduğunu göstərir”.

ERMƏNİ LOBBİÇİLİYİ – “Versal Sülh Konfransı zamanı Azərbaycan Nümayəndə Heyətinin əsas çətinliklərindən biri də Bakıdan məlumat ala bilməmələri idi. Topçubaşov tez-tez hökumət daxilindəki dəyişikliklər, həm də bölgədəki durumla bağlı onların məlumatlandırılmasını istəyir. Çünki erməni nümayəndələr daha çox məlumat əldə edə bilirdilər. Topçubaşov yazır ki, müttəfiqlər ermənilərlə sülh şəraitində yaşamağı məsləhət görür. Erməni ziyalılarının Avropa mərkəzlərində yarım əsrdən çox davam edən fəaliyyəti, onların hər yerdə malik olduğu böyük sərvət, bütün cəbhələrdə iş görmək bacarığı, adlı-sanlı şəxsləri öz tərəflərinə çəkmək məharəti, onlara rəğbətli münasibəti formalaşdırıb”. Yazılanlara istinad etsək erməni lobbiçiliyi hələ o dövrlərdə belə öz təsirini göstərirdi. İndi də xarici ölkəyə səfər zamanı, bizimlə müqayisədə onlar özünə necə rəğbət qazanıb, necə ölkələrini tanıdıb açıq aşkar görmək olur təəssüf ki.

Mirzə Cəlil Məmmədquluzadənin sözləri ilə CÜMHURRİYYƏT:
•Mənası – Cümhurriyyət, latınca “Respublika” elə bir hökümətə deyilir ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn Firəngistan, İsveçrə və qeyriləri.
•Tarixi – “Cümhurriyyət üsuli-idarəsi təzə deyil. Qədim yəhudilər, germanlar, yunanlar və rumlar tarixin çox əvail vaxtlarında cümhuriyyət idarəsi ilə yaşayırdılar.” Qısa tarixi bilginin ardınca Mirzə Cəlil müasir dövrdə ABŞ, Fransa respublikalarını örnək göstərir.
•İdarəetmə – “Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə “prezident” deyilir. Prezidenti ya millət özü seçir, ya da parlaman. Yəni millət vəkilləri.
•Seçki – Mirzə Cəlil seçki ilə bağlı 4 vacib şərti açıqlayır: 1) Ümumilik – “yəni, məmləkətdə yaşayan nüfusun cəmisi seçkidə iştirak etməlidir, ... yəni açığı budur ki, seçkiyə kişilər ilə övrətlər də, erməni də, müsəlman da, xan da və rəiyyət də durmalıdır”; 2) Müsavilik – “yəni, səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir”; 3) Düzgünlük – “bunun mənası budur ki, bir para seçkilərdə, məsələn kəndlilər qabaqca vəkillər göndərirlər şəhərə. Şəhərdə bu vəkillər qarışırlar qeyri şəhərin vəkillərinə. Dübarə, vəkilləri seçib göndərirlər qubernski şəhərə. Belə olanda aşkardır ki, əvvəlinci seçkidə səs verənlər bilməyəcəklər ki, aya, axırıncı seçkinin vəkilləri kimin və hansı məbusun seçkisinə səs verəcəkdir. Bəs bundan yaxşısı budur ki, hər bir kəs əvvəlinci seçkiyə duranda düzbədüz istədiyi məbusa rəy versin”; 4) Gizlilik – “yəni, səs sahibi səsəini elə gizli ver, bir kəs xəbərdar olmaya ki, aya bu kimə rəy verdi”.
•Azadlıqlar – Bu hissədə Mirzə Cəlil mühüm azadlıqları sadalayır: “etiqad”, “yığıncaq”, “birləşmək”, “çap eləmək”, “danışmaq”, “siyasi partiyalar düzəltmək”, “dilbir olub, həmtədbir olmaq”.

Ömər Faiq: “Bizim üçün istifadə və tərəqqi qapısı imdilik, top, tüfəng və dinamit vasitəsilə aşılmaz. Biz bu gün ancaq hər quvvətin, hər xahişin, hər fikrin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik. Maarif və mədəniyyətin bu gün ən birinci vasitəsi, ən qüvvətli naşiri isə kitab və qəzetlərdir – mətbuatdır.”

Hacı Zeynalabdin Tağıyev: “Müsəlman qadınını olduğu qapalı həyatdan çıxarmaqdan ötrü teganı bir yol var: Məktəb. Bu məktəbi isə elə yaratmaq və qurmaq lazımdır ki, müsəlmanlar ona rəğbətlə yanaşsın və tam əminliklə öz qızlarını ora oxumağa göndərsinlər.”

ALMAS İLDIRIM TÜRKİYƏDƏN İNCİYİR:

Almas İldırım bir dəfə Türkiyədən – onu himayə edən bu dövlətdən inciyir. Bu elə bir hadisə idi ki, Türkiyədə həyat, iş tapan Almas buna əsla göz yuma bilməzdi. Belə ki 1944-cü ildə SSRİ-dən qaçan yüzlərlə azərbaycanlı İğdıra yaxın bir ərazidə – Araz çayının üzərində yerləşən Boraltan körpüsünü keçərkən türk qarovuluna sığınır. Türk tərəfinin eyni soydan olduqlarına görə heç bir halda geri verilməyəcəyini düşünən sovet vətəndaşları Ankaradan hərbçilərə gələn cavabdan sarsılır. Türk əsgərini də məhv edən həmin qərar sovet vətəndaşlarının ölkələrinə verilməsi idi. Məlum olur ki, Ankara SSRİ-dən gələn təpkiyə qarşı çıxa bilməyib, II Dünya müharibəsindən qalib çıxan nəhəng imperiya ilə üz-üzə gəlmək istəməyib.

Qərardan dəhşətə gələn azərbaycanlılar türk əsgərlərinin onları öldürməsini, ancaq heç bir halda rus əsgərlərinə təslim etməməsini acizanə xahiş edir. Həmin günü bir ağı yaranır. Onun azərbaycanlıların geri verilərkən söylədikləri də deyilir:

Boraltan bir körpüdür, aşar keçər Arazı,
Yusan Araz suyuyla, getməz günün qarası.
Düşmən gözlər qarşıda, önünə qatdı məni,
Can alınan bazarda qardaşım satdı məni.
Dönüb səsləndim geri, mərhəmətsiz birinə,
Məni siz vursaydınız bu kafirin yerinə...

Sərhədi keçən kimi bütün azərbaycanlılar türk əsgərinin gözü qarşısında güllələnir. Həmin türk əsgərinin komandanının hadisədən sonra intihar etdiyi söylənilir. Almas İldırım həmin hadisəyə
“Dönük qardaş” şeirini yazır:

Bir suçmu düşmənə köks gərdiyim?
Günahmı Türklügə könül verdiyim?
Düşmənin açdığı yaradan dərin,
Ana yurdda öz qardaşımdan gördügüm.
Səslənsəydim səs çıxardı hər daşdan,
Nə bəklərsən sağırlaşan bir başdan?


Nazim Hikmətin şoferin Heynenin şeir kitabını görərkən dedikləri:

“Şoferin Heyneni oxuması, kitab həvəskarı olması Sovet adamları üçün təəccüblü bir şey deyil. İngiltərədə şeir oxuyan, kitab sevən şofer zümrüd quşu kimi çox nadir bir şeydir. Türkiyədə 24 milyon əhali var, amma orada ən məşhur şairin şeir kitabı 5 min nüsxədən artıq nəşr edilərsə, bu, ədəbiyyat dünyasında bir hadisə olar. Üç milyondan bir qədər artıq əhalisi olan Azərbaycanda isə şeir kitabları orta hesabla 10 min nüsxə tirajla nəşr edilir.”

Nazim Hikmətə tələbələrdən birini verdiyi sual:

Ustad, əgər bir adam başqa dildə təhsil alırsa, evdə, işdə bu dildə danışırsa, bir sözlə, düşünəndı başqa dildə düşünürsə, onu azərbaycanlı hesab etmək olarmı? Əgər bir adam Çin dilində oxuyursa, bu dildə düşünürsə, üstəlik də, öz ana dilindən bixəbərdirsə, beləsini azərbaycanlı adlandırmaq çətindir.

Mirzə Bala Məmmədzadənin Buzlu Cəhənnəm kitabına yazdığı ön söz:

“Azəri türklüyü rus bolşevizmi ilə həyat və ölüm mücadiləsinə girib. ÇK bu mücadiləni boğmaq üçün gecə-gündüz işləyib, yüzlərlə, minlərlə türk cocuğunu müxtəlif səbəblərlə tundralara, sibir buzlaqlarına gömüb, mədəniyyət, aləmindən fərsəxlərlə uzaq, gecə və gündüzü bizim gecə və gündüzümüzün eynisi olmayan məchul məmləkətlərə sürüb. Hələ də bu məchul məmləkətlərin məchul köşələrində bir çox münəvvər azəri gənci olümdən yüz min kərə betər iztirab çəkir. Gültəkinin “Buzlu Cəhənnəm” dediyi bu menfaaya sürülən qəhrəman qardaşlara ithaf etdiyi misrala diqqətlə oxunmalıdır:

Sibirya, ey soyuq və qorxunc dəniz,
Şimalın köksündə uyuma səssiz,
Qalx, bir müsafirin gəldi, diqqət et:
Sənə hədiyyələr gətirdi – vəhşət!...
Əlinin buzunu eşqdə ərit,
Çıx, acıyan qəlblə qucağını aç.
Hədiyyən bir dəstə saralmış igid,
Hamsı bitkin, hamsı xəstə, hamsı ac
Profile Image for Lamiya Babazade.
20 reviews3 followers
September 30, 2019
Azərbaycan Cümhuriyyəti dönəminin aparıcı şəxslərinin həyat və yaradıcılıqları haqqında yazılmış bu kitabın şəxsi kolleksiya hesabına ərsəyə gəlməsi heyrətamizdir. Bu dahilərin həyatları mənə gələcəyə müsbət baxma baxımından ilham verdi. Bir çox yeni və maraqlı fakt öyrəndim. Və kitabın bəzi hissələrinin məni həqiqətən həyəcanlandırdığını deməliyəm. Kitabda adı çəkilən bir çox şəxsin təkcə ölkə tarixində deyil həmçinin insanlıq tarixində əvəzolunmaz rolu var. Əslində yazara çox böyük təşəkkür düşür ki, onların həyatlarını sıxıcılıqdan çox uzaq və axıcı dillə oxuculara təqdim edib.
Displaying 1 - 3 of 3 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.