Jump to ratings and reviews
Rate this book

Mirzə Ələkbər Sabir

Rate this book
“Mirzə Ələkbər Sabir haqqında xatirələr” kitabı “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsinə aiddir. Kitabın tərtib olunmasında Azərbaycan Uşaq və gənclər ədəbiyyatı nəşriyyatında 1962-ci ildə A.Zamanovun naşirliyi və H.Araslının redaktorluğu ilə işıq üzü görən “Müasirləri Sabir haqqında” nəşrinə istinad edilmişdir.

Paperback

1 person want to read

About the author

A. Zamanov

1 book

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
3 (60%)
4 stars
1 (20%)
3 stars
1 (20%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Aydan Abas.
37 reviews17 followers
April 26, 2021
Görkəmli Azərbaycan şairi Abdulla Şaiq yazırdı ki, bir gün M.Ə. Sabir onu özünün sabun dükanında qonaq edir. Xeyli söhbət edib, birlikdə vaxt keçirərkən Şaiq uzun zamandır dükanda olmasına rəğmən tək bir müştərinin belə gəlmədiyinin fərqinə varır. “Sabir, bizim ayağımız uğursuzdur, bir saatdan bəri söhbət edirik, dükana bir nəfər də müştəri gəlməyib” deyir. Sabir belə cavab verir: “O sizin ayağınızdan deyil! Bu avam camaatın içini təmizləmək əlimdən gəlmir, heç olmasa üst-başını, zahirini təmizləyim deyə gördüyünüz sabun dükanını açdım. Neyləyim ki, zalım uşaqları bu təmizlikdən də qaçırlar”

Təəssüf ki, şair öz qeyd etdiyi kimi insanların nə daxilini, nə də xaricini təmizləyə bilmədən həyatdan köçsə də, xəbərsizdir ki, ortaya çıxardığı ədəbi nümunələr bu gün hər bir gəncin dilinin əzbərinə çevrilib. Kasıb həyat tərzi yaşayan, daim təhdidlərə, təhqirlərə məruz qalan və bütün həyatı boyunca yazdığı əsərlərin kitabının çap olunması arzusuyla yaşayan şairin layiqsiz həyatı məni çox sarsıtdı. Ölümünə günlər qalmış belə Sabir deyirdi ki, vücudunda olan ətini xalqın yolunda çürüdüb. Əgər ömür vəfa etsəydi, sümüklərini də xalqın yolunda verərdi. Fəqət, nə çarə, ölüm aman verməyir.

Nə yazıq ki, Sabirin özünü uğruna fəda etdiyi xalq onu layiqincə qiymətləndirə bilmədi.

Kitab fərqli insanların - ədiblər, şairlər, yazıçılar, xalq artistləri - xatirələrinin toplusudur. Bəzi xatirələrdə təkrarlıq olduğu üçün kitabın daha düzənli və mətninin daha ardıcıl olmasını istərdim. Həmçinin, şairin şəxsi həyatı ilə bağlı məlumat kitabda çox azdır.

📌Janr: Xatirə

🖌: Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!
Profile Image for Gunay.
43 reviews3 followers
September 3, 2024
Sabiri uşaqlıqdan sevərək oxumuşam. Özümü ona oxşadıram bəzən, acı deyir amma düz deyir. Onun həyatı mənə çox maraqlı gəlirdi. Mirzə Ələkbər necə sadə, necə düzgün insan olub axı.. Mütləq ev muzeyini ziyarət edib, onun həyatı ilə yenidən tanış olacam. Sevdiyim bəzi misraları bura yazıram, bura hər girdikcə təkrar-təkrar oxuyacam:

“Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?
İsmətim, namusum,irzim, qeyrətim, qanımmısan?”

“ Bu çərxi-fələk tərsinə dövran edir indi,
Fəhlə də özünü daxili-insan edir indi! “
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.