Bəziləri deyirdi ki, o heç vaxt yatmır. Bəziləri deyirdi ki, anası uşaq vaxtı onu zibil yeşiyinə atıb. Bəziləri deyirdi ki, o, bütün ölkələri gəzib və bütün sirlərdən xəbəri var. Kimsə düşünürdü ki, o bir adam deyil – bir neçə yerə bölünə bilir. Kimlərsə deyirdi ki, o peyğəmbərdi. Bəziləri isə sakitcə pıçıltı ilə deyirdilər: “O şeytandır” .
Zeynallı Elxan Aqşin oğlu (QaraQan) - Azərbaycan musiqiçisi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Milli Kitab" mükafatı müsabiqəsinin ilk qalibi.Hal-hazırda 6 romanın müəllifidir.A,Bir milyon dollarım olsaydı,Mələk,Evakuasiya,Исповедь одного извращенца,Birinci addım. Elxan Zeynallı 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 7 yaşında məktəbə gedib. 2005-ci ildə Bakı Türk Liseyini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 2007-ci ildə yaranan H.O.S.T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa edirlər. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 5 romanın və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellərə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı rusdilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur. 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-da çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-сü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır.2013-cü ilin Noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım Beş anonim milyonçu" təqdim edilir.
2014-cü ilin sonlarında "İkinci addım" adlı kitabının təqdimatı keçirildi. Təqdimat həm də seminar xarakteri daşıyırdı. Seminarın sonunda oxucular Qaraqana olan suallarını verdilər.
Palanhiuk wannabe Bu kitabı ayrı hissələrə bölmək olar. Bir hissəsi Çak Palanikdir. Bir rəfiqəm Qaraqanın kitablarının Palanikin əsərlərinin təkrarı olduğunu demişdi. Palanikin hələ ki yalnız 2 kitabını oxumuşam, ancaq oxuyan zaman bu oxşarlığı hiss edirdim. Kitabda axıra yaxın binada sözlərin çıxmasına, maşınları, dükanları darmadağın etmə mərhələsinə çatanda, hələ bir hekayətçi "A"nın özü olub olmamağı haqqında düşünəndə "A" romanıyla "Fight Club" arasındaki eynilikləri görməmək mümkün deyildi. Bir hissəsi müəllifin fikirləridir. Bu əsəri oxumağa gənclərin "bu kitab mənim həyatımı dəyişdi" dedikləri üçün başladım. Nə kitabdır ki görəsən? deyə düşünürdüm. İndi dəhşətə gəlirəm. Dəhşətə gəlirəm ki, onların ağlı indi belə fikirlərlə doludur. Bir hissəsi hekayələrdir. Bu kitabın ən yaxşı hissəsidir: pritçalar, nağıllar və s. Və təsadüfə baxın ki, bunlar müəllif tərəfindən yazılmayıb.
Bəlkəmdə çox gec oxudum bu kitabı. 29 yaş içində. Amma maraqlı idi. Çox yerdə Cak Palanik “Döyüşçü Klubu” kitabına bənzəməsini görürdüm. Hardasa ola bilər. İnsanın öz beynondə, öz dünyası. Əhatə. Bilinmiyən məkən. Məncə daha yaxşı ola bilərdi. Onun uçün 4.
Bir sözlə: mənlik deyildi. Çox sözlə: müəllifin sağa-sola sovrulmuş ideyaları ortaq nöqtə tapmırmış kimi baş obrazın dilindən əks-səda verirdi. İdeyalar, fikirlər pisdir demirəm, bəziləri həqiqətən cəmiyyətin daha yaxşı səviyyəyə gəlməsi üçün gənclərin düşünməli, anlamalı olduğu fikirlər idi. Lakin mənə elə gəldi ki, bu fikirlər hərtərəfli inkişaf etməmişdi. Problemə digər baxış bucaqlarından baxılmamış, sanki yalnız bir doğru varmış kimi, sanki hər şey ağ-qara imiş kimi təqdim edilmişdi. Çürük cəmiyyətin simptonlarını aradan qaldırmağa cəhd edilmiş, ancaq xəstəliyin əsas səbəbləri diqqətə çatdırılmamışdı. Məni əsas qəzəbləndirən də məhz bu fakt idi. Digər məsələlər arasına isə axmaq qərarlar verən, sevimsiz obrazlar, bəzi qıcıqlandırıcı dialoqlar (daha çox isə monoloqlar) və heç bəyənmədiyim qeyri-müəyyən sonluq daxildir. Kitab özü isə kifayət qədər axıcı və səlis yazılmışdı və gənclər üçün necə vacib bir addım olduğunu anlaya bilirəm. Lakin tam inkişaf etməmiş fikirlər də, yanlış fikirlər qədər təhlükəli ola bilər. Qeyd: Özüm də yeniyetmə vaxtı HOST qrupuna qulaq asmışam.
Məncə yaxşıdır camaat niye beyenmir başım çıxmır. Yeni mükəmməl bir kitabdır. Sadəcə içində biraz xəyalpərəstlik var. Hökumət qorxusuna görə digər kitabları da tam bəzi hisslərdə açıqlaya bilmir ama olsun. Yaxşıdı
Kitabın Chak Palanikin Fight Club romani ilə oxşarlıqları çoxdu. Amma daha sadə dildə yazılması və Azəribaycan mühitinin təsvir olunması əsəri daha oxunaqli edir. İstənilən bir insan həyatının müəyyən dövründə existensial crisis deyə bir dövr yaşayır və bu fikirləri ağlından keçirir məncə. Umumi olaraq baxanda müəllifin vermək istədiyi mesaj köhnə fikirlərin sorğulanmalı olduğunu, sürü psixologiyasından çıxılması gərəkdiyini bildirmək istiyir. Həddi buluğa çatmamış birinin oxuması təhlükəli nəticələr verə bilər məncə.