Jump to ratings and reviews
Rate this book

Sevil

Rate this book
1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyes. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir. Bir çox qadın şəhərdəki teatrda tamaşanı izlədikdən sonra hicab geyinməkdən imtina etmişdir.

120 pages, Paperback

First published January 1, 1928

2 people are currently reading
68 people want to read

About the author

Cəfər Cabbarlı

28 books22 followers
Cabbarlı Cəfər Qafar oğlu (d. 20 mart 1899, Xızı, Rusiya İmperiyası – ö. 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (1932). 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur.

Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. O, Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır.
Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır. Atası Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. 1902-ci ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşür.
Şahbikə xanım heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur.[4] Bu vaxtlar 6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Starıy Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci müsəlmani və rusi" məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci müsəlmani və rusi" məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelin 2-də məktəbi bitirən gənc Cəfər sənədlərini Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə verir.

Hələ ibtidai məktəbdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də şeir yazmağa başlayır.

Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş "Bahar" şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.

1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Lakin bu sənət onu maraqlandırmadığına görə ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.

Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O, hətta ilk əsərlərində də böyük maarifçi-yazıçıların, realistlərin yolu ilə getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər əsəri müəyyən daxil

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
79 (50%)
4 stars
42 (26%)
3 stars
28 (17%)
2 stars
4 (2%)
1 star
3 (1%)
Displaying 1 - 15 of 15 reviews
11 reviews4 followers
March 13, 2023
Mənim isə artıq başım hərlənmir. Mən həyata sərxoş girib,ayıq çıxmışam.
Profile Image for Fuad Karimli.
123 reviews11 followers
May 26, 2022
Oxumağa dəyməz.

Hekayə nə qədər maraqlı olsa da, sovet ideologiyası çoxu yerdə süni bir şəkildə əks etdirilib.

Yazıldığı dövr üçün çox cəsarətli təşəbbüsdür; spesifik olaraq qadınların iqtisadi cəhətdən ərlərindən azad olmaları gərəkdiyini demək. Kaş ki bu mövzüya Cabbarlı, əxlaq ve namus mövzüsündan daha çox toxunsaydı.

Istər istəməz, oxuyucu hekayənin axımına görə, qadının bir fərd olmaq yolunda dərin arayışı yerinə, cinsi mənada 'azadlığına' fahişəlik edərək qovuşan bir Sevil ilə qarşılaşır. Yenə də cəmiyyətdə 'qadın' deyincə ən çox cinsi münasibətlər ağla gələn bir pyes. Bəzi insanlar bu görüşümün reduksionist olduğunu düşünəbilər, halbuki Sevilin və Balaşın ataları pul qazanmaq üçün fabrikdə işləyirsə, qadınların da işləyəbildiyi sovet dövründə Sevil niye fahişəlik etməlidir? Pyesin sonunda Sevil fabrikə dönəcəyini deyir, amma ondan əvvəl orada işlədiyi yazılmayıb.

Çox açıq bir şəkildə 'köhnə' normaları tamamilə alt-üst etmək istəyən sovet ideologiyasının təmsilidir Sevilin həyatı, buna görə Cabbarlının təşəbbüsünü anlayıram. Amma bir qadının ərindən müstəqil olabilmə yolunun fahişəlikdə olduğunu əks etdirən bir pyes, heçbir şəkildə qadın ve kişi bərabərliyini göstərmir, və bu vəziyyətdə bir qadının sadəcə bir çıxış yolu olduğunu əks etdirmək qadının layiq olduğu hörmət yerinə çox böyük hörmətsizlikdir.

Cabbarlının zamanının normalarına qarşı çıxması çox cəsurcadır, amma bunu icra etmə yolu mənim gözümdə təşəbbüsünü heçə endirdi. Sovet ideologiyasını, qadın və kişi bərabərliyini daha axıcı bir şəkildə əks etdirən Aytmatovun kitablarını oxumaq çox daha xoşdur.
Profile Image for Aysel Ibrahimova.
213 reviews14 followers
May 14, 2022
Azərbaycan mədəniyyət tarixində əvəzolunmaz rolu olan Cəfər Cabbarlının ən məşhur əsərlərindən biri olan Sevil pyesini Sovet təbliğatını əks etdirdiyi üçün bəyənməyənlər və qadın azadlığını o dövrdə cəsur şəkildə işlədiyinə görə bəyənənlər var. Ümumiyyətlə, Sovet dövründə yazıçılarımızda sosializm, sovet ideologiyalarını oxumaq xəyal qırıqlığına uğratsa da, nəzərə almaq lazımdır ki, təhdid altında yaşadıqları üçün başqa yolları yox idi. Əlbəttə yaltaqlığın həddini aşan "ədib"lərimiz də olsa, Cəfər Cabbarlının bu mövqedə əsla olmadığını bilirik, ən azından intiharına səbəbiyyət verən şeylərdən barizdir bu.

Cabbarlı Sevil əsərində sovet idellarından vasitə kimi istifadə edərək qadının cəmiyyətdə aşağı mövqeyini tənqid edib, Sevil obrazını çalışqan və ağıllı qadın idealında əbədiləşdirib. Sevilə əks Dilbər obrazında isə azadlıq anlayışını kişilərlə rahat düşüb-qalxmaqda, mədəniyyəti bahalı geyimdə, rusca danışmaqda, təbəqləşmədə görən insanları ümumiləşdirib. İndiki cəmiyyətimiz üçün necə də tanış səslənir :) Məhz buna görə də Cabbarlı mütləq oxunmalıdır.
Profile Image for Nermin .
124 reviews95 followers
January 4, 2013
"Od gəlini"nindən sonra Cəfər Cabbarlının ən sevdiyim əsəri. Yazılmasından 100 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də aktual olması yəqin ki, bir faciədi.
Profile Image for Aysel Muradlı.
15 reviews6 followers
January 3, 2018
"Sevil" pyesi barədə orta məktəbdən bəri məlumatlı olsam da, heç vaxt onu oxumaq fikrinə düşməmişdim. Bu gün əsərin özü təsadüfən əlimə keçdi, əvvəldən maraqlı gəldi deyə oxudum. Çox rahat, anlaşılan dildə yazılmış, oxunaqlı əsərdir. Qadın azadlığı haqqında yazılmış bu əsərdə sovet dövrünün, ideologiyasının təsiri (din, sosializm barədə qeyd edilənlər) hiss edilsə də, əsər mövzu baxımından öz aktuallığını hələ də itirməmişdir. Bu da yəqin ki, cəmiyyətimizdə "yazıq Sevil" kimi öz hüquqlarından xəbərsiz qadınların hələ də mövcud olması ilə bağlıdır.
Profile Image for Fariida.M.
12 reviews8 followers
May 10, 2021
Tək bir söz ilə möhtəşəm əsərdir! Cabbarlı, Sevil obrazı ilə oxucuya azad qadını, gender bərabərliyini, sosyalizmi təlqin edir. Oxumağa dəyər!
11 reviews
December 26, 2025
tarixin ilk anarxist-feministi, canım Gülüş
Profile Image for sabina.
8 reviews
November 11, 2025
"Mən indilik Gülüşəm, böyüyəndə isə qəhqəhə olacağam."
1 review
January 3, 2022
Əsər başdan sona konstruktivist boşboğazlıqlarla doludur. İncəsənəti cəmiyyətin səviyyəsinə endirir və "Sənət cəmiyyət üçündür" fikrini yansıdır. Pyes siyasi bir manifestə bənzəyir və Sovet ideologiyasının ilk dönəm əxlaqi normalarını təbliğ edir. İşçilərin fabrikə gedib xoşbəxtliklərini qazanması, qadınların azadlığı Sosializm ilə əldə etməsi (həmin Sosializm anlayışı ki, davam edən illərdə qadınları doğum maşınına çevirdi və "qəhrəman ana" axmaqlıqlarının təbliğinə başladı), Dilbər və Balaş obrazları ilə aristokratiyanın pislənməsi və ən önəmlisi əvvəlcə Gülüş obrazı ilə qadınların öz azadlığını özlərinin qazanması fikrinin irəli sürüb sonra əsər davam etdikcə yenə Sosializmi köməyə çağırması, Gülüşün öz xarakterinin dərinliyini, fərdiliyini (individuality) itirməsi və bir növ bir az əvvəl yıxdıqları köhnə əxlaq anlayışının yerinə keçməsi əsərin əsas gövdəsini təşəkkül edir. Ümumiyyətlə əsər tonla "wishful thinking" ilə doludur. Əsərin ən böyük riyakarlığı isə kasıbların və qadınların aristokratyadan azadlaşmasını göstərib qurulan Sovet ideologiyası altında fərdlərin yeni bir köləlik qazandığını göstərməməyə çalışmasıdır ancaq, əsər boyu yeni Sovet vətəndaşlarının necə də boş (şəxsi keyfiyyət və dərinlikdən yoxsun) siyasi sloganlarla dolu olduğu bəlli olur. Nəticədə əsər çox sürətlə kapitalistləşən Bakının və kəskinləşən sinfi kastlaşmanın tənqidini ucuz bir revanşist ağız ilə verib (çox yerdə obrazlar birdən meydanda slogan atan siyasətçiyə dönüşür və əsəri suniləşdirməklə qalmayıb rabitəni də pozur).
Profile Image for Nərmin.
645 reviews174 followers
July 13, 2025
Cəfər Cabbarlının oxuduğum ikinci əsəridir. Nədənsə Od gəlinini daha çox bəyənmişdim. Sevil əsəri qadınların iqtisadi azadlıqları haqqında ölkəmizdə yazılmış mühüm əsərlərdəndir. Halbuki, yazarın fikirlərinin dolğunluq və aydınlıqla çatdırılmadığını düşündüyüm yerlər var idi. Əsər dörd pərdəli olduğundan Sevil və Balaşın ümumi həyatı və Sevilin fikirlərinin necə dəyişməsi ilə bağlı minimum dialoq və hekayə olduğunu düşünürəm. Pyes, arabir çatdırılan mühüm fikirləri və sitatlardan başqa diqqətimi çəkmədi doğrusu.
Profile Image for Jamila Hasanguliyeva.
7 reviews
November 19, 2025
Cəfər Cabbarlının “Sevil” əsərini oxuyarkən mən ən çox qadın azadlığı mövzusunun necə güclü və təsirli şəkildə təqdim olunmasına diqqət etdim. Mənim üçün bu əsər yalnız bir ailə dramından ibarət deyil, həm də bir qadının öz dəyərini və gücünü kəşf etməsinin hekayəsidir.
“Sevil” mənə qadını zəif deyil, güclü bir varlıq kimi göstərdi. Bu əsəri vacib edən də məhz onun cəmiyyətə mesajıdır:
Qadınlar azadlıq, hörmət və bərabərlik hüququna malikdirlər.
This entire review has been hidden because of spoilers.
Profile Image for Masma Khalilova.
2 reviews
November 16, 2017
Storyline is still up to date and relevant to nowadays. Very easy to read and recommended. Gulush is my favorite character : Sağlığınıza içirəm, Edilya xanım. Mən indilik Gülüşəm, böyüyəndə isə qəhqəhə olacağam. Sağlıq olsun!
Profile Image for dimoralizing.
65 reviews2 followers
January 15, 2023
Gülüş slayed. It’s sad to think that 100 years later the themes discussed in this book are still painfully relevant.
Profile Image for Rashad.
3 reviews
December 28, 2015
Ömrünün təzyiqlər altında keçdiyi yaradıcılığının üçüncü dövrünün məhsulu olan bu əsərdə məni düşündürən Məmmədəlibəy və Əbdüləlibəy arasında keçən dialoqlar oldu. Bu iki obraz əsərdə əbəs rollarda görünsələr də, məncə yazıçı kifayət qədər onların dilindən öz fikirlərini çatdıra bilib. Düşünəndə sətraltı mənaları görmək olar.
Hiss olunur ki, yazıçı yalnız və yalnız qadın azadlığı mövzusunda yazmaq istəyib. Ən sondakı sosializm ifadəsi məncə təzyiqdən başqa bir şey deyil.
Cəfər Cabbarlı ona yuxarılardan gələn sifarişlər haqqında belə deyirdi - "Həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş..." (Məhəmməd Əmin Rəsulzadə)
Displaying 1 - 15 of 15 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.