Yazıçı hekayəyə kənd məktəbində müəllim olaraq işə başlayan, lakin kəndin çətinliyindən qorxaraq qaçan qızın yolda Səməd Behrəngi hekayəsi oxuması ilə başlayır. Ardından Səməd Behrənginin Cənubi Azərbaycan insanının təhsilində rol oynamaq üçün kəndbəkənd gəzib uşaqları oxutdurmağa çalışmasından, verdiyi mübarizədən, yazdığı hekayələrdən danışır. Bu qədər erkən yaşda həyatla vidalaşan bir insanın qısa ömrünə sığdırdıqlarına baxanda insana bir başqa ilham gəlir.
Yazıçının Azərbaycan türkü olmayıb, bir Cənubi Azərbaycan insanının ağrısını bu qədər dərin və duyğulu təsvir etməsi çox toxundu. Araz çayının Azərbaycan insanı üçün mənasını, Şimal və Cənub deyə ayırsa da, qəlblərimizin heç ayrılmadığı, lakin həsrətin araya girərək canlar aldığını təsvir etdiyi hissə mənalı idi. İran rejimi altında əzilən insanlara fars və ya türk deyə fərq qoymadan "insan insandır" kontekstindən yanaşması da xoşuma gələn bir başqa nüans oldu.