Сама идея утопии принадлежит еще Платону, который, собственно, и создал, в своем "Государстве" первую в истории европейской мысли модель идеального общества. Однако жанр литературной утопии - то есть произведения, описывающего общество, безупречно счастливое с точки зрения автора, - относительно молод: его отцом-создателем официально считается выдающийся британский гуманист XVI века Томас Мор. Он же и подарил своему "чудесному острову" (а заодно и всему жанру) название "Утопия" - то ли от греческого "благое место", то ли от греческого же "место, которого нет". Как же представляли себе идеальное общество великие мечтатели далекого прошлого? Томас Мор допускал в своем идеальном обществе существование рабов… Томмазо Кампанелла представил на суд шокированных современников эксцентричные идеи государственного воспитания детей… Фрэнсис Бэкон воспел общество, поставившее себе на службу достижения науки - от "вечного двигателя" до телефона… А Сирано де Бержерак создал парадоксальный и смешной мир, населенный фантастическими существами… Общества, о которых предстоит прочитать в этом сборнике, вряд ли покажутся современному читателю "утопическими" в привычном смысле слова - но тем интереснее будет узнать, как же представляли себе счастье человечества много веков назад.
Qərbdə ilk dəfə utopik cəmiyyəti öz əsərində təsvir edən Platon olsa da, Utopiya sözünü ilk dəfə məhz Tomas Mor istifadə etmişdir. Əsər iki hissədən ibarətdir. Birinci və daha qısa hissə əsər yazılan dövrdəki (1516) İngiltərə hakimiyyətini və iqtisadiyyatının təşkilini, eləcə də ədalət sistemindəki problemləri özündə əks etdirir. Birinci hissədə ən maraqlı məqam ölüm cəzasının tətbiqi ilə bağlı fikirlərdir. Burada oğurluğa görə ölüm cəzasının nə qədər qeyri-effektiv olduğu qeyd edilir, xırda oğruları belə, ölüm cəzasına məhkum etmək yerinə, onları oğurluğa sürükləyən faktorların aradan qaldırılması təklif edilir. Həmin dövrdə İngiltərədəki əhalinin iqtisadi vəziyyətində yaranan təbəqələşmənin əsas səbəblərindən biri bütün ərazilərin yun istehsalı üçün saxlanılan qoyun otlaqlarına çevrilməsi, bu sahənin oliqopoliyalar tərəfindən idarə edilməsi idi. Sıxışdırılıb torpaqlarını ucuza satmalı olan torpaq sahibləri şəhərlərə köç etmək məcburiyyətində qalır, şəhərdə yetərincə iş olmadıqda səfalətə qapılır, ac ölüm və ölüm hökmü arasında seçim etməli olurdular. Oğurluq və insan öldürməyə görə cəzanın eyni olduğundan, oğrular oğurluq sonrası heç bir şahid saxlamamağa çalışırdılar. Bu arqumentlər ölüm hökmünün tətbiqinin düzgün aparılmadığını əsaslı şəkildə sübut edir. ⠀ İkinci hissə Utopiya adlı adaya səyahətdən bəhs edir. Bu hissədə təsvir edilmiş “ideyal cəmiyyət” daha çox yazıldığı dövr İngiltərədəki aktual problemlərin həlli üçün yazıçı tərəfindən irəli sürülən təkliflər toplusudur. Əsəri oxuduqca Platonun təsiri açıq-aydın hiss olunur. Hər iki əsər ideyal cəmiyyətin əsasını ümumi mülkiyyətdə və dövlət tərəfindən qəti müəyyənləşdirilmiş əmək bölgüsündə görür. Hər iki əsərdə ölkəni “müdrik dövlət başçısı” idarə edir. Utopiyada bütün vəzifələr demokratik seçkilər əsasında müəyyən olunur. Utopiya humanizm prinsipləri əsasında qurulmuşdur və ali məqsədi insanların xoşbəxtliyidir (ölkənin təyin etdiyi xoşbəxtlik anlayışı çərçivəsində). Ümumi mülkiyyətin yaradılmasının effektivliyini Mor belə əsaslandırır: Birincisi, acgözlük və hərislik yalnız şəraitdən dolayı yaranan xüsusiyyətlərdir, hamı var gücü ilə və eyni qədər çalışsa, sonda yığılan ümumi məhsuldan yalnız özünə lazım olan qədərini götürsə, məhsulun tələbə uyğun bölgüsü nəticəsində aclığın qarşısı tamamilə alınar. İkincisi, insanlar qocaldıqdan sonra ac qalmayacaqlarına əmin olduqda, həyatları boyu yalnız öz xeyirlərini deyil, hamını düşünər, daha firavan yaşayarlar. Bir tərəfdən məntiqli görsənə bilər, digər tərəfdən ümumi mülkiyyət və əldə edilmiş məhsul ilə bağlı daha çox Aristotelin fikirləri ilə razıyam. Fikrimcə, ümumi mülkiyyət, rəqabətin və şəxsi mənafenin olmaması əhalini gördükləri işə qarşı maraqsız edə, effektivliyi aşağı sala bilər. Digər tərəfdən, bütün iş yerlərinin dövlətə məxsus olması və bütün ölkə iqtisadiyyatının yalnız dövlətin düzgün siyasətindən asılı olması dövlətin üzərinə maksimal dərəcədə ideyal bir sistem yaratmaq məsuliyyəti qoyur, düşünürəm belə bir sistemin yaradılması a priori mümkün deyil. ⠀ Əsərdə işıqlandırılan digər vacib məqam Utopiyada çoxlu və çətin dildə yazılmış qanunvericiliyin olmamasıdır. Mor başa düşülməsi çətin qanunvericiliyin hər dəfə fərqli tövsifini təqdim edən vəkilləri də cəmiyyət üçün lazımsız hesab edir, vəkillərə olan ehtiyacdan qurtuluşun yolunu asan başa düşülən və azsaylı qanunvericilikdə görür. Utopiyada geyim hamıda eynidir, qızıla, gümüşə və ləl-cəvahirata münasibət soyuqdur, onlara var-dövlətin göstəricisi kimi istinad edən şəxslər qınaq obyektinə çevrilir. Burada yazıçı tərəfindən qınaq obyekti kimi İngiltərənin varlı təbəqəsi hədəfə alınmışdır. ⠀ Maraqlı məqamlardan biri Morun altı saatlıq iş gününü təklif etməsidir. Bunun effektivliyini onunla əsaslandırır ki, bir neçə işçinin 12-15 saata gördüyü işi, daha çox işçi arasında bölüb, daha qısa müddətə həyata keçirmək olar (burada əsas qınaq hədəfinin heç bir real işlə məşğul olmayan zadəganlar, zadəganları qorumaq üçün saxlanılan insanlar və s. olduğunu düşünürəm.) ⠀ Utopiyada quldarlıq institutu var və cinayətkarlar islah edilmək üçün qullara çevrilirlər. Əsərdə din, təhsil, qadınların da hüquqlara malik olması və sair mövzular da işıqlandırılıb. ⠀ Ümumilikdə, əsər qısahəcmli olsa da, ətrafında düşünüləcək və analiz ediləcək məsələlər çoxdur. Daha yaxşı başa düşmək üçün, oxumazdan əvvəl Platonun “Dövlət” əsəri ilə də tanış olmaq məsləhətdir. İnanıram ki, mənim başa düşmədiyim və ya gözdən qaçırdığım bir sıra nüanslar var, bəlkə də, ikinci dəfə oxuduğumda onları daha yaxşı anlayaram. Bədii əsər kimi deyil, fəlsəfi fikrin məhsulu kimi yanaşaraq oxumağı hamıya məsləhət görərdim.
P.S. Kitabdakı digər 3 əsər barədə də vaxt edib yazdıqdan sonra buraya əlavə edəcəm.