XIX ısrin ikinci yarısında Azərbaycanın və qismən Zaqafqaziyanın ictimai həyatını əks etdirən "Pərvanə" roman-epopeyasında V.İ.Leninin sədaqətli şagirrdi, məşhur inqilabçı və yazıçı Nəriman Nərimanovun uşaqlıq və gənclik illəri qələmə alınmış, mütərəqqi rus ictimai fikrinin, rus mədəniyyətinin və ədəbiyyatının Zaqafqaziya xalqlarının inqilabi ideyalarına, maarif və mədəniyyətinə müsbət təsiri inandırıcı şəkildə təsvir edilmişdir.
Azərbaycan-sovet ittifaqı yazıçısı, dramaturq, ictimai xadim. Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), Stalin mükafatı laureatı (1951), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979).[1] Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), 1937—1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə). Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1948-1954), birinci katibi (1965-1976), Azərbaycan SSR Maarif naziri (1942-1946). Azərbaycan SSR Ali Sovetinin (3-4-cü, 6-7-ci və 9-cu çağırış) deputatı. SSRİ xalq deputatı (1989).