Bu aralar həyatımda olan bəzi səbəblərdən ötrü ən sevdiyim hobbilərdən biri olan kitab oxumağa vaxt ayıra bilmirəm. Ona görə mən də düşündüm ki, kateqoriyasından asılı olmayaraq bu il hansı kitablar əlimin altından keçdisə onları paylaşım :)
Gördüyünüz bu kitab almanca A1 (başlanğıc) səviyyəsindən başlayaraq A2-nin sonuna hardasa B1 səviyyəsinin əvvəlinə qədər sizə öyrədir. Kitab rusca və almanca olduğu üçün, xüsusilə rus dili bilən insanlara yaxşı bir öyrənmə materialıdır fikrimcə. Kitabda 32 bölüm mövcuddur və hər biri müəyyən mövzuları əhatə edir, bundan ziyadə sözlər, mətnlər və qrammatika çox rahat və anlaşılan bir dildə qeyd olunub.
Tək iradım kitabda həddindən artıq çalışmaların olmasıdır. Bu bəzi insanlar üçün yaxşı bir nöqtə ola bilər amma mən bir kitabda çox çalışma görəndə ürəyim sıxılır. Yenə də almanca öyrənməyə bir material axtarırsınızsa bu kitabla başlaya bilərsiniz :)