Jump to ratings and reviews
Rate this book

Uğursuz gecə

Rate this book
Nihal ilk baxışdan xoşbəxt qadındır. Gəncdir, gözəldir, həyat yoldaşı onu sevir, iki uşağı, sevdiyi işi, şəhərin mərkəzində ev-eşiyi var. Maddi cəhətdən heç bir korluq çəkmir. Atası sevimli qızına görə dünyanın o başına da getməyə hazırdır. Qardaşları da yeganə bacılarını dünyalarca sevir... Amma bütün bunlar yalnız üzdə görünənlərdir. Bir gün bu zahiri təmtəraq Nihalın gözündə qara qəpiklik olmayacaq. Bu ərköyün ərli qadın evli kişiyə aşiq olandan sonra hər şey ildırım sürətilə dəyişəcək. Atasının dostunun oğlu olan Cahid onun yuxusunu ərşə çəkib həyatını alt-üst edəcək. Ərinin Nihala ən yaxın rəfiqəsi ilə xəyanət etməsi isə sevgidən doymayan bu cılğın qadının əl-qolunu tamam-kamal açacaq... Qəfildən sosial şəbəkələrin ulduzuna çevrilən Nihal haradan biləydi ki, bu sərbəstliyi ona həyatı bahasına başa gələcək?! Polis zabiti olan sevgilisi Cahidin məsləhətlərinə məhəl qoymayan Nihal qısqanc ərini şübhəyə salır. Bir müddətdən sonra Nihal atasının bağ evində ölü tapılır. Keçmiş polis zabiti olan atası Nihalın ailəsindəki dava-dalaşdan xəbərdardır. O, qızının ölümündə kürəkənindən şübhələnir. Amma gənc qadının sirli ölümündə zavallı ərinin barmağı yoxdur. Həmin gün evdə olsa da...

332 pages, Paperback

First published January 1, 2021

8 people are currently reading
76 people want to read

About the author

Elxan Elatlı

32 books118 followers
Osmanov Elxan Əbdürrəhman oğlu - azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 14 kitabı işıq üzü görüb ki, onların üçü şeir, ikisi riyazi məntiq, doqquzu isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
11 (39%)
4 stars
4 (14%)
3 stars
4 (14%)
2 stars
7 (25%)
1 star
2 (7%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Moon Stream.
274 reviews82 followers
October 22, 2021
Əslində bu kitabla Elxan Elatlıya qarşı fikrimin dəyişəcəyini düşünmüşdüm. Amma yenə də dəyişmədi.

Ümumiyyətlə, bu kitabda nə qədər əks fikirlərə rast gəlmiş olsam belə, yazarın qadınlara qarşı mənfi fikirləri olduğunu düşünmədən edə bilmirəm, mənfi deyərkən nəzərdə tutduğum, cəmiyyətin qadına qarşı olan fikirləri Elxan Elatlıda da var. Kitabdakı baş qəhrəmanımız Niahlın dilindən eşitdiklərim az qala məndə yazarın əslində cəmiyyətdə mövcud olan fikirlərə qarşı olduğuna dair təəssürat oyadacaqdı, amma kitabın sonlarına doğru bir daha görürəm ki, heç də elə bir şey etməyə çalışmayıb. Ya da ən azından mən belə görə bilmədim.

Ailədaxili münasibətlər, namus, qadınlara qarşı fikirlər, sevgi, xəyanət və cəmiyyətimizdə olan bir çox bu kimi məsələlər Elxan Elatlının kitablarında çox işlənir və əslində bunu təqdir etmirəm. Sanki bizim cəmiyyətdə bundan başqa işlənəcək mövzu yoxmuş kimi. İşləyirsə belə ən azından müsbət fikirlər də aşılamalıdır bir yazar əsərində, insanların fikirlərini dəyişməyi bacarmalıdır, ya da fərqli baxış bucağı gətirməlidir, yox bunu etməyəcəksə o zaman işlədiyi belə mövzular əksinə insanları daha çox belə fikirlərə sürükləyəcək.

Bundan başqa yazarın əsərlərində sevmədiyim bir xüsusiyyət var ki, Qanbay Qasımlı hədsiz çox təriflənir. Eyni cümlələri fərqli şəkillərdə hər dəfə oxuyuruq bir əsərin içində. Bundan başqa hər dəfə də hansısa cinayətin üzü açıldıqdan sonra hansısa bir yolla üstü örtülü qalmağa davam edir. Bu bir yerdən sonra sıxdı məni. İndiyədək 3 kitabını oxumuşam və üçündə də sonluq çox bənzərdir. Kimsə elə düşünməsin, kimsə belə eləməsin və s. kimi bəhanələrlə hər dəfə nəyinsə üstü örtülür. Bunun da oxuyuculara yaxşı bir düşüncə aşılayacağını düşünmürəm. Cinayət varsa üstü açılmalıdır, vəssalam. Əgər cinayətkarlar bir şəkildə həyatlarına davam edəcəklərsə onda nə anlamı qalır haqq-ədalətin. Və son olaraq, xəyanətin üstünün sevgi ilə örtülməyə çalışılması olduqca yanlış bir şeydir. Xəyanət elə xəyanətdir və burda kişilərin günahkar görünməməsi fikri də özünü göstərirdi, olan yenə qadınlara olur.🤦🏼‍♀️🙄

Kitabda tək sevdiyim qisimlər 2020-ci il sonlarında baş verən Qarabağ döyüşlərindən, qəhrəmanlıq hisslərindən bəhs edilməsi və Nihalın Cahidlə olan fikir mübadilələri oldu(çünki yalnız burda normal düşüncələr oxuya bildim).👌🏻
Profile Image for Mehriban Khalilova.
32 reviews2 followers
June 6, 2024
Cahidin arvadı-uşağı ola-ola başqa bir evli qadının, necə deyərlər, “qeyrətini çəkməyi”, sanki özü evli ola-ola evli qadınla danışmırmışcasına o qadından digər xoşu gələn kişiləri şərəfsiz adlandırmağı məndə qıcıq yaratdı. Kaş ki əsərin sonunda Aliyə Cahidin bu və ya digər hərəkətlərindən şübhələnib ondan boşanaydı
Displaying 1 - 3 of 3 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.