Həyatı daim keşməkeşli keçib. Dəfələrlə ölümün bir addımlığından qayıdıb. Ən müəmmalı işlərin öhdəsindən layiqincə gəlib. Həmişə özünü peşəkar prokuror sayıb. Cinayətlərin üstünü açmaq onun üçün iki vur iki imiş. Ta ki, "soyuq cəhənnəm"lə tanış olana qədər.
"Soyuq cəhənnəm" heç bir həyat əlamətinin sezilmədiyi, arzuların, xəyalların puç olduğu, neçə-neçə talelərin yarımçıq qaldığı, cəmisi 70-80 nəfər sakini olan bir yerdir. Həmin insanları heç vaxt heç kim ziyarət etmir, hər birinin ölüm tarixi var, hər birinin qəbri onlar bura məcburi yerləşdirildiyi gün qazılıb. Buranın sakinləri xoşbəxtliyin, sevincin nə olduğunu bilmir, onların vücudunu yalnız bir hiss bürüyüb: ağrı.
Bu sakinlər cəmiyyətdən təcrid olunublar, hər biri "edam" gününü gözləyir. Və bir gün sakinlərdən birinin intiharı ilə başlayan ölüm hadisəsinin ardınca silsilə qətllər törədilir. "Soyuq cəhənnəm"də baş vermiş bu intiharın orada yaşanılan ağrılarla bir əlaqəsi varmı? Qatil hər addımında meydan oxuyur. Qürurlu prokuror Loğman Əliyev bu çətin cinayət hadisəsinin üstünü aça biləcəkmi? Axtarış zamanı daha böyük çətinliklə qarşılaşan prokuror qanuna tabe olacaq, yoxsa vicdanının səsinə qulaq verəcək?
Hə... Nə yalan deyim... kitab özünü oxutdurdu... Gözləntim bir pillə yuxarıda idi... amma yenə də məmnun qaldım... Düzdür hər dəfə yerli yazıçıların, xüsusilə də ilk dəfə tanış olduğum yazıçıların kitablarını oxuyanda "sürprİz!" gözləyirəm... bunu yaxşı mənada deyirəm... hələlik olmayıb... amma işartıları görünür... Ümidliyəm... Romanın süjeti... yaxşı qurulmuşdu... son hissəyə qədər cinayətkarı tapa bilmədim... daha doğurusu hər dəfə şübhələndiyimdə, yazıçı mənə israrla inandırmağa çalışırdı ki, yox bu o deyil... və mən yoluma davam edirdim... Düzünü desəm, kitabı alanda bilmirdim ki, detektivdir... detektiv oxumağa üstünlük vermirəm... tamam başqa gözləntilərlə almışdım... amma peşman deyiləm... ən azı yeni bir yazarla... Vüsal Kamil ilə tanış oldum... Kitabın böyük hissəsi cüzamlı xəstələrə, xəstəliyin özünə ayrılmışdı... Mən bizdə Umbakı adlı bir xəstəxananın olduğunu bilmirdim... öyrənmiş oldum... Burada cüzamlı xəstələri saxlayırlarmış... Kitabın nöqsanları da vardı... əlbəttə, bu mənim subyektiv fikrimdir... Personajlar mənə inandırıcı gəlmirdi... ruslar buna "kartoniye personaji" deyirlər, səhv eləmirəmsə... yapışmırdılar... heç biri ilə emosional bağ qura bilmədim... halbuki, burada böyük drama vardı... dialoqlarda da nəsə çatışmırdı... kaş bizdə yazarlıq kursları olaydı.. bütün bu yazarlıq texnikalarını orada öyrədəydilər... tələbat artdıqca yəqin olar... Vüsal bəyə uğurlar diləyirəm... Davam etməsini arzulayıram... növbəti kitabını gözləyirəm... və inanıram ki, növbəti kitabı yaxşı mənada məni təəccübləndirəcək...
İki gün əvvəl vusal.kamil qələmə aldığı "Soyuq Cəhənnəm" kitabını bitirdim. Bu yazıçının qələmi ilə ilk tanışlığım idi. Kitab çox axıcı uslubda yazılıb. Kitab həyat əlamətinin sezilmədiyi 70-80 sakini olduğu umbaku yarımçıq qalmış həyatların soyuq cəhənnəmindən bəhs edir. Heç kəsin itirib axtarmadığı, puç olmuş arzuların xəyalların dolu olduğu umbakuda baş vermiş intihar ilə başlayan silsilə qətlərdən bəhs edir. Bu sizə sadə dedektiv romana bənzəsədə belə deyil. Yazıçı tam fərqli bir üslubla kitabı qələmə alıb. Dedektiv romanlarda cinayətkar hər bir usula sona qədər gizli saxlanılmağa çalışıdığı halda bu kitabda tam əksini görəcəksiz. Həkayədə bəyənmədiyim nüanslarda var idi. Ən çox diqqətimi çəkən isə hadisə baş verməsədə "Hadisədən əvvəl" yazılması idi. Yazıçıdan bunun səbəbini soruşduqda oxucunun hekayənin başında sıxılmaması üçün qeyd etdiyini dedi. Lakin romanın insanı sıxacağına inanmıram. Həsən və Züleyxanın sevgilərini daha irəli çəksə idi məncə marağı daha artıra bilərdi. Yazıçı olduqca dialoqa çox yer verməməyə və oxucunu bu üsulla yormamağa çalışıb. Kitabda diqqət çəkən bir nüansda var ki bunu oxucunun diqqətinə buraxıram. Suallarıma həvəslə cavab verdiyi üçün vusal.kamil təşəkkürümü bildirirəm. Kitabı oxumağı hər kəsə tövsiyə edirəm.
Bir neçə həftə əvvəl bu kitabı bitirdim. Həqiqətən çox axıcı bir mövzuda idi. Kitabda maraqlı mesajlar, xarakterlərdə mövcut idi. Düzü ilk dəfə bir azərbaycanlı bir yazıçının kitabını oxudum və məmnun qaldım . Təşəkkür edirəm cənab Vüsal Kamil," Sonuncu Payız" əsərinizidə tapa bilsəm mütləq oxuyacam.
Son zamanlarda əlimə aldığım bəlkə də ilk dedektiv -pisxoloji yönümlü roman oldu.Romanın mövzusu,ideyası maraqlı idi.İnsanda suallar yaratmaq mümkün idi.İnsan oxuduqca necə olacaq?,niyə ?belə olur deyə suallar yaranır beynimizdə.Obrazlara gəldikdə yaradılmış gözəl sevgilər və dostluqlar mövcud idi.Ən sevdiyim obraz Loğman oldu.Ən çox sadiq biri olduğu üçün sevdim onu.Leyla obrazıda gözəl idi.Çünki mənə görə qüsursuz şəkildə yaranmışdı Leyla.Oxumağıma dəydi)
Müəllifin ikinci kitabını oxuyuram. Kitabın dili oxunaqlıdır. Dil üslubunu bəyəndim. Mövzu baxımından bu cür romanların, yeni mövzuların ədəbiyyatımızda olması məni məmnu edir. Əsərdə detektiv janrının əlamətləri olsa da, deməzdim ki, Soyuq cəhənnəm detektivdir. Romanın süjeti yaxşı qurulub, oxucunu daim həyacanda saxlayır.
Umbaku adlı xəstəxana, cüzamlı xəstələr barədə oxumaq maraqlı gəldi. Davamlı olsun!