Jump to ratings and reviews
Rate this book

İnsanı Yaşadan Nədir?

Rate this book
Necə oldu ki, L. Tolstoy “Hərb və sülh”, “Anna Karenina” kimi böyük əsərlərdən sonra mənəvi-fəlsəfi səpkidə hekayələr yazmağa başladı? Bu, dahi yazıçının katarsisi idimi? Xeyr, Tolstoy öz katarsisini 50 yaşında yaşamışdı. İnsan tövbə eləyəndən sonra bir sıra suallar onu çənginə alır: “həyatımın mənası nədir?”, “mən nə üçün varam?”. Yazıçı “Etiraf” adlı avtobioqrafik əsərində bu suallarla “əlləşir”. Digər tərəfdən, Tolstoy öz qınına çəkilmir, xoşbəxt cəmiyyətin, insanlar arasında səmimi, TƏMƏNNASIZ münasibətin əsasını təşkil edən ünsürü tapmağa çalışır:

“İndi başa düşürəm ki, Tanrı insanların ayrı-ayrılıqda yaşamağını istəmir. Ona görə də onlara ayrıca nəyin vacib olduğunun sirrini açmır və istəyir ki, insanlar birgə yaşasınlar. İnsanlar ancaq sağ qalmaqdan ötrü əbəs yerə gündəlik qayğılarla məşğul olmağın vacibliyini düşünürlər.

Əslində isə, sırf sevgiyə görə sağdırlar. Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı – elə sevgi deməkdir”.

200 pages, Paperback

Published January 1, 2021

1 person is currently reading
4 people want to read

About the author

Leo Tolstoy

7,945 books28.4k followers
Lev Nikolayevich Tolstoy (Russian: Лев Николаевич Толстой; most appropriately used Liev Tolstoy; commonly Leo Tolstoy in Anglophone countries) was a Russian writer who primarily wrote novels and short stories. Later in life, he also wrote plays and essays. His two most famous works, the novels War and Peace and Anna Karenina, are acknowledged as two of the greatest novels of all time and a pinnacle of realist fiction. Many consider Tolstoy to have been one of the world's greatest novelists. Tolstoy is equally known for his complicated and paradoxical persona and for his extreme moralistic and ascetic views, which he adopted after a moral crisis and spiritual awakening in the 1870s, after which he also became noted as a moral thinker and social reformer.

His literal interpretation of the ethical teachings of Jesus, centering on the Sermon on the Mount, caused him in later life to become a fervent Christian anarchist and anarcho-pacifist. His ideas on nonviolent resistance, expressed in such works as The Kingdom of God Is Within You, were to have a profound impact on such pivotal twentieth-century figures as Mohandas Gandhi and Martin Luther King, Jr.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
10 (34%)
4 stars
9 (31%)
3 stars
9 (31%)
2 stars
1 (3%)
1 star
0 (0%)
Displaying 1 - 8 of 8 reviews
Profile Image for Fidan S.
7 reviews4 followers
October 22, 2022
Tolstoy bu cür kiçik hekayələri ilə oxuculara böyük və əvəzsiz təsir bağışlayır. İnsanı yaşadan nədir? Fərqli hekayələri oxuyaraq hər dəfəsində eyni qənaətə gələcəksiniz: Sevgi.
“Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki, Tanrı elə sevgi deməkdir.”
Profile Image for Ramil Karimzada.
60 reviews6 followers
July 8, 2024
Hekayələr ibrətamizdir və hər birinin tərkibində ilahiyyatla əlaqəli motivlər var. Oxucunun həyatından yaşayaraq və görərək çıxarmalı olduğu dərsləri Tolstoy oxucusuna bu dərin hekayələrlə ötürür.
Profile Image for Laman Sadigova.
1 review
June 3, 2023
Sevgi insanın içindədir.. hər zaman bunu deyirdim bu dəfə bu fikri qələmə alanması və Tolstoyla eyni fikirdə olmaq məni çox xoşbəxt etdi❤️
Profile Image for Humay Huseynli.
27 reviews3 followers
January 23, 2022
Bir oxucunun başına gələ biləcək ən böyük xoşbəxtliklərdən biri ruhuna toxunan yazıçını tapmaqdır. Sevdiyim yazıçıların hamısı bunu fərqli formada edir. Məsələn, Markiz sirli məni, Kafka travmalı məni, Pamuk gizli məni ortaya çıxarır. Tolstoy isə əsl məni. Başqa sözlə ruhuma bütünlüklə toxunur.

O, həmişə sözünü deyir. Həm kiçik hekayələri ilə, həm də min səhifəlik romanları ilə.
“İnsanı yaşadan nədir” hekayələr kitabında yer alan hər bir hekayə də belədir. Sadə kəndli həyatı üzərindən Tanrı, Tanrı sevgisi, insanın özü ilə üzləşməsi, ruhunu dinləməsi kimi vacib mövzulara toxunan Tolstoy sonda bir nəticəyə gəlir: İnsanı yaşadan sevgidir. Kimin ruhunda sevgi varsa, kim sevməyi, mərhəmətli olmağı bacarırsa o, Tanrını çoxdan tapıb. Axı Tanrı elə sevginin özüdür.

Təsadüfi deyil ki, bütün dinlər sevməyi öyrədir.
Əynindəki paltardan başqa heş nəyi olmayan çəkməçi paltarını soyuqdan donan biri ilə paylaşırsa, arvadı sonuncu çörək parçasını günlərdir ac olan birinə verirsə bunu Tanrını sevdiyi üçün edir.

“İnsana çoxmu torpaq gərəkdir” və “Ağa və nökər” hekayələri dünya malından doymayan, qazandıqlarını o dünyaya apara biləcəyini düşünən tamahkar insanlar üçün ibrət dərsidir. Bütün ömrünü torpağını genişləndirib var-dövlət yığmağa həsr edən Paxomun qisməti nə oldu? Cəmi üç arşınlıq bir qəbir.

“İlyas” hekayəsində əvvəl kasıb kəndli olub, daha sonra varlı mülkədara çevrilən İlyas var-dövlətini itirəndən sonra əsl xoşbəxtliyi tapır. Əsl xoşbəxtlik ruhun dincliyidir. Tanrı ilə danışmaq, ruhumuz barədə düşünmək, gündəlik qayğılarla sevgi ilə başa çıxmaq- bax budur insanı yaşadan...

Ruhunuzun dincliyi diləyiylə...
Profile Image for Əliəkbər Ağazadə.
Author 1 book7 followers
January 28, 2022
Tolstoydan oxuduğum ilk əsər idi bu. Hər zaman bu yazıçının niyə bu qədər məşhur olduğunu düşünürdüm və onun hər hansısa bir kitabını oxumaq istəyirdim. Nəhayət, bu baş tutdu.

Kitabın içərisindəki hekayələr bir-birindən maraqlı və faydalı idi. Tolstoyun çatdırmaq istədiyi fikirlər də bir o qədər dəyərli idi. Var-dövlət, sevgi, dostluq, tanrı və qul kimi mövzulara toxunan yazıçının fikirləri bu günümüz üçün də aktual olan məsələlər idi.

Tolstoydan başqa əsərlər də oxumağa davam edəcəyəm, hər halda kiçik hekayələrlə doymaq olmaz, roman lazımdır. Hər kəsə tövsiyə edirəm! 🤗
Profile Image for Rubaby K..
2 reviews
June 18, 2022
“Mən indi anladım ki, insanlar ancaq sağ qalmaqdan
ötrü əbəs yerə gündəlik qayğılarla məşğul olmağın va-
cibliyini düşünürlər. Əslində isə sırf sevgiyə görə sağdırlar. Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı
- elə sevgi deməkdir".



- Mən bildim ki, hər bir insanı yaşadan qayğıları
yox, sevgisidir.
This entire review has been hidden because of spoilers.
Profile Image for Rebnelug.
131 reviews4 followers
June 14, 2023
🪽…İndi başa düşürəm ki, Tanrı insanların ayrı-ayrılıqda yaşamağını istəmir. Ona görə də onlara ayrıca nəyin vacib olduğunun sirrini açmır və istəyir ki, insanlar birgə yaşasınlar. İnsanlar ancaq sağ qalmaqdan ötrü əbəs yerə gündəlik qayğılarla məşğul olmağın vacibliyini düşünürlər…
Əslində isə, sırf sevgiyə görə sağdırlar. Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı – elə sevgi deməkdir…
Displaying 1 - 8 of 8 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.