“... Yerimizdən qalxıb qapıya tərəf addımladıq. Qapının ağzında dar pilləkənlərdə dayandıq. Çölü içəridən cəmi dörd-beş addım ayırsa da, bir anda bütün səslər kəsildi. Külək başımızın üstündə yanıb-sönən zəif işıqlı lampanı astaca yellədirdi. Paslanmış lampanın çıxardığı cıqqıltı səsi sakitliyi pozan yeganə səs idi...Yanaşı durmuşduq. Bir az əvvəl susmayaraq danışıb-gülən insanlar indi bir-birinə deməyə nəinki söz tapmır, hətta bir-birinin üzünə də baxa bilmirdi. İkimiz də qaranlıq, boş küçəyə, yağan yağışa baxırdıq. Danışmırdıq...” ... “Qanadsız mələk” həssas qəlbləri titrədəcək bir sevgi romanıdır.
Aysel Shikhli was born into a family of writers in Baku in 1994, She began her creative journey at an early age, exploring the realms of drawing and writing fairy tales. In 2020, she embarked on her professional writing career with the publication of "I am Yusif" (Mənəm, Yusif) a story dedicated to the impact of war on human lives, which garnered attention and was later included in the anthology "44 Chapters - Spring Stories in Autumn."
As an illustrator, she also have the privilige of illustrating her own books, crafting covers and illustrations that complement the narratives. This dual role allows her to fully realize her artistic vision and create a cohesive visual experience for readers. The cover and illustrations of her books also belong to Aysel.
In 2022, her debut novel "Wingless Angel" (Qanadsız Mələk) was published by the esteemed "Teas Press" publishing house, achieving notable success and acclaim. This novel delves into the lives of modern young people, focusing on themes of friendship, love, and the impact of family dynamics. It is now set to be published for the fourth edition.
Building on this success, her next book, "A Journey of Dreams" (Arzuların səyahəti) was released in 2023 by "3 alma" publishing house. This collection of stories explores themes of wishes, dreams, and human emotions, with narratives that touch upon the struggles and complexities of life. This book is now set to be published for the second edition.
The short stories "A Journey of Dreams” and "Glow" also sells on Amazon in english as e-book and inspires her journey of reaching a wider audience.
Aysel Shikhli is a member of the Union of Azerbaijani writers since 2023 which is the largest public organization of multi-ethnic writers in Azerbaijan.
In 2024, her story "The Forever Smiling Child," dedicated to people suffering from Angelman syndrome, won 3rd place in the 4th short story competition named after Mir Jalal, held by "Adibin Evi" and received an award.
Təsəvvür edin avtobusa bığlı-saqqallı bir bir nəfər minir, əlində də kitab: Qanadsız mələk.... təzaddır, elə deyil?... Elif Şafağın Aşk romanının cildi ağlıma gəldi... Deyilənlərə görə kitabın çəhrayı cildinə görə oğlanlar əlində gəzdirməkdən utanırlar... Bu səbəbdən, Doğan yayınları sırf kişilər üçün boz cilddə çap eləmişdi... Pozitiv diskriminasiya... Romanın birinci hissəsinə, sözün əsl mənasında, vuruldum... hər nə qədər desəmdə ki, məhəbbət romanı hara, mən hara, yaşın ötüb, bəsdir, ağlını başına al... yeni qələm idi... tanış olmaq həvəsi məni üstələdi... Nəyi bəyəndim... süjeti əla qurmuşdu... bütün fəsil boyu məni gərgin halda saxladı... Hadisələrin üstünü açmadı... mükəmməl idi... qara qızı boğmaq istəyirdim... yeri gəlmişkən romanın sonlarında müəllif də belə bir ifadə işlədib )))... mətn lazımi emosiyalları oyatmağı bacarırdı... personahları inandırıcı idi... hadisələr təbii, real, doğma idi... emosialam, razıyam, amma, bəyəndiyim təkcə bu deyildi... texnikası yerində idi məncə... birinci fəsli sonu, əsl partlayış idi... düzdür, ilk hissədə, zaman-zaman partlayışlar olurdu... amma son... atəşfəşanlıq idi... alqışlayıram... Dailoqları da mənə inandırıcı, təbii, olması gərəkən gəldi... Gələk ikinci hissəyə... Birinci hissədə biz hadisələrə qara qızın - Mələyin gözü ilə baxırıq... Nədənsə, hər dəfə bu personajı oxuyanda müəllif gəlib özü dayanırdı gözümün qabağında... İkinci hissədə dostluğun timsalı Muradın gözü ilə əvvəlki fəsil təkrar bizə göstərilir... Murada çox yandım... Ah Murad, əla insansan... Təəssüf ki, yaxşılıq belələrini gözəgörünməz edir... Çünki "yaxşılıq olması gərəkəndir"... Oxuduqca, kaş bu keçidi yan-yana verəydilər deyə düşündüm... gah Mələk, gah da Muradı oxuyaydıq... İkinci fəsildə hər şey əla gedirdi... ta ki Ayxanın davranışlarının arxasındaki səbəb üzə çıxana qədər... bax burada, təəssüf hissi keçirdim... kaş elə Ayxan olduğu kimi, qalaydı... Kaş davranışlarının səbəbini bilmədən oxucu kitabı bitirəydi... çünki səbəb mənə Yeşilçam filmlərini xatırlartdı... çox üzüldüm... Salli Runini oxumamışam... yaxında oxuyacam... kitabları barəsində çox oxumuşam... Bu romanı oxuyanda dedim, yoxsa bu yerli Salli Runidir... ax, ax, ikinci hissə axsamaya başlayanda çox üzüldüm... Muradın sonu heç yeri deyildi məncə... kaş müəllif elə ordaca bitirəydi... hava limanında... ax, ax, çox yehifsiləndim.... Romanda bir iki məqamda mənə elə gəldi səhvə yol verilmişdi... Murad gah Qubalı kimi, gah da Qusarlı kimi verilmişdi... yoxsa mən səhv başa düşdüm... oxuyan varsa, izah eləsələr sevinərəm... Murad Mələyin ad gününün axşamı binanın qarşısından çiçəklər alır.... Mələk bu çiçəklərə nərgiz gülləri deyir... Murad isə: xırda çəhrayı güllər... bu da təzad idi... Bir başqa məsələ də... Birinci hissə də Mələyin bir qədər filosofluq etməsi, məndə diskomfort yaradırdı... yaxşı da, deyirdim... bir cümlə bəsdir, nolar uzatma... Bir də kaş təkrar dialoqlar, yəni birincidə olanlar, ikincidə təkrarlanmayaydı... Amma yenə də, mənə kitab ləzzət elədi... Təbrik edirəm... kitab yadıma düşəndə üzüm gülür... bax bu məncə uğurdur... yazıçı adına deyirəm... Müəllif bildiyim qədər Bakıda yaşamır... Amma imza günü və ya təqdimat keçirsə, orda olacam... imzaladacam.... Növbəti kitablarını səbirsizliklə gözləyəcəm...
Aysel xanimi şəxsən tanımaq çox xoş idi, kitabı isə bəyənmədim. Redaktə işi çox zəif idi düşünürəm. Süjet və hadisələrin inkişafı zəif idi. Müzakirədə məsləhətlərimi verdim.Amma Aysel xanımın yazı tərzini bəyəndim. Ümid edirəm növbəti işləri daha uğurlu olar. Qeyd: Romanda altını xəttlədiyim cümlələr oldu ❤️
Aysel Şıxlinskayanın, müəllifin debüt əsəri olduğu üçün ilkin olaraq onu ədəbiyyata gəlişi üçün təbrik edir, qələminin daim qəlblərə, həyatlara toxunmasını arzu edirəm!
Zənnimcə əsərləri oxuyarkən hansı janrda və mövzuda yazılmasından asılı olaraq dəyərləndirmək lazımdır. Sevgi mövzusunda yazılmış roman iki obrazın gözündən, 1-ci şəxsin dilindən qələmə alınıb. Üslub baxımından maraqlı, təkrarlanan dialoqlarla çoxlu “flashback”lər yaşadan, insanı hadisələr açılanadək intizarda saxlayan və sürətli oxunan əsərdir. Əsərin adı isə özü-özlüyündə surpriz daşıyır.
Obrazlar yaxşı işlənmiş, xarakteristik xüsusiyyətlərə malik, real həyatdan obrazlardır. Ətrafımızdakı insanlardan, hətta hadisələrdən alıntı təsirini bağışlayır.
Mən janr olaraq modernist-postmodernist daha çox bəyəndiyim üçün əsərin sonlara doğru tamamilə açıqlanması (düzdür müəllif hələ də bəzi hissələri qərar üçün məhz oxucuya həvalə edir) məni bir balaca narahat etdi. Düzdür, heç də bütün təxminlərim özünü doğrultmadı, amma açıqlanmayıb, açıq sonluq şəklində hər oxucu üçün individual buraxılması da gözəl ola bilərdi deyə düşünürəm.
Ümumiyyətlə isə yay oxu siyahısına əlavə ediləcək, sürətlə oxunacaq və oxuyarkən sizə maraqlı hisslər yaşadacaq kitab axtarışındasınızsa, düşünməyin, oxuyun və oxutdurun!
Oxuduq, müzakirə etdik. Sevmədim çox da. Heç bir şəkildə empatiya qura bilmədim. Sevgi romanlarını əzəldən sevməmişəm. Romana köçürülməli sevgi hekayəsinin sadəcə romantik cümlələrdən, romantik ambianslardan (yağışlı, həzin musiqili, şam işıqlı və s.) təşkil olunmamağı məni təəccübləndirərdi. Burada təəccüblənmədim. Baş verən hər bir hadisə, danışılan hər söhbət təxminolunan idi. TEAS gərək heç olmaya "dəyişməyən huyları", "altı çizilən sözləri", "yapışıqlı oğlanları", "Ala-toranları", "Sıradan bir axşamüstülərini" və kitabın istənilən bir replikasından sonra qoyulsa da hal-hazırkı funksiyasından çox da fərqlənməyəcək "qəhqəhələri", dərindən demirəm, yüngülvari təmizləyərdi. Baxılmayıb kitaba... 1.5 verə bilmədiyimə görə 2 ulduz verdim. Birini Mələyə, birini də Murada. Amma, Ulduza Dönməyin yenə də... Danışılası, üstündə durulası çox nüans var, telefon söhbəti deyil...
Huh! Finally, finished that book! And guys I have a billion things to say about THAT book.
Deməli belə, öncəliklə Aysel xanımı təbrik edirəm, uzun zaman sonra müasir ədəbiyyatdan oxuyub sevdiyim kitablardan biri oldu. Dilini sevdim, axıcı və yetəri qədər bədii idi, məncə. Ümid edirəm, davamı bol-bol gələr 🫶🏻
Kitabın adı “Qanadsız mələk”dir və kitabın ilk hissəsini bitirənə qədər mən elə bilirdim, “qanadsız mələk” məhz Mələkdir. Amma əsl “qanadsız mələk” elə Muradın özü imiş. (btw Murad ən sevdiyim oğlan adlarından biridir 🤭) Zaman-zaman Mələyə əsəbləşdim, onu qınadım - bəzən başa düşməyə çalışdım. Ümumiyyətlə bu kitabda heç kim nə ağ, nə də qara deyil - bunu çox sevdim. İnsan oxuyarkən obrazlara həm əsəbləşir, həm onları anlayır, həm anlamır, həm onlar üçün kədərlənir. Hər kəsin yanlışları, bu yanlışların da səbəbləri var.
Kitabın ikinci hissəsinə keçəndə bir az (🤏🏻) sıxıldım - eyni şeyləri yenidən oxumaq bir az darıxdırdı, düşünürəm, kitab 3-cü şəxsin, yəni müəllifin diliylə yazılsaydı və eyni zaman dilimində biz hamsının hisslərini və reaksiyalarını oxuya bilsəydik, daha yaxşı olardı. Anyway.
Burda şərhlərdə biri yazıb ki, Ayxanla olan məsələ Yeşilçam filmlərini xatırladır - məncə, haqlıdır. Bu məsələnin daha yaxşı bir yerə bağlanmağını gözləyirdim. Muradla bağlı son da məni heç qane etmədi - yəni durduq yerə “wtf?!” oldum.
Mələyin Elçinlə tutmayacağını hamımız bilirdik yəqin, elədir? O Amerikada ya Elçinlə məntiq evliliyi edib karyerasına yönələcəkdi, ya da eyni nöqtəyə qayıdacaqdı - hansı ki, biz Ayxanla münasibəti boyu məntiqiylə deyil, hissləriylə hərəkət etdiyinin şahidi olduq, so bu məni təəccübləndirmədi.
Qısası, bu hekayədə yanan Murad oldu. O qədər dərindən hüznləndim ki onun üçün. Off, dostlar, kitabı günorta oxuyub bitirmişəm, amma saat artıq 22:30-dur Muradın kədərini üstümdən hələ də ata bilməmişəm. Nəysə, gedim bir az ağlayım. Byes.
This entire review has been hidden because of spoilers.
Kitabda gənclərin sevgisindən bəhs olunur, ancaq buradakı gənclərin heç biri qarşılıqlı olaraq bir-birini sevmir. Əsər iki baş qəhrəmanın gözündən danışılır: bu olduqca mənə ləzzət elədi. Mələyin gözündən hekayə danışılanda əsəbiləşdiyim, haqq vermədiyim obrazlara Muradın gözündən təsvir ediləndə haqq verdim. Əsərdəki aşiqlərin bir-birini rənglərlə əvəz etməsi xoşuma gəldi: Murad narıncı, Ayxan mavi, Mələk qara rənglə əvəz olunmuşdu. Mən rəngləri bu cür anladım. Mələk Ayxanın mavi gözlərində itib batırdı, eynilə dənizdəki boğulmanı, səmadakı sonsuzluğu gördüm. Muradın narıncı olması, Mələyə yeni ümidlər, şanslar verməsi kimi anladım, Murad olanda ümidlər var idi, olmayanda ümidlər yox idi, mənə Günəşin çıxması və qürub etməsini anımsatdı. Mələyə tünd dəri və qara dağınıq saçlarına görə qara qız deyirdilər, amma mənim gözümdə Mələyin qara qız olması onun təkbaşına olmasa da yalqız olacağı kimi görünürdü.
Sevgi romanları oxumağı sevməyən mən yenə bir sevgi romanı oxudum. Əsərin əsas personajlarından biri olan Mələyin az qala otaqda uçan milçək tərəfindən həddən artıq sevilməsi məni çox da xoşbəxt eləmədi. Ayxan mənə görə “toxic relation” olaraq qalmalı idi, onun elədiklərinə də haqq qazandırıb bütün kişi personajlarına yaxşı kəfən biçib, əsərdə pis personaj da olmalı olduğunu xatırlayandan sonra Mələyin ən yaxın qadın dostunu bu pozisyaya uyğun görməyi məni qane eləmədi.
Bechdel testini I guess keçir…
Əsərdə yaxşı məqamlara toxunulur, bəzilərini bura kopyalayacam:
1. Daha pisi, həyatında istədiyin ancaq bir nəfər var və sənin bütün dünyan onun ətrafında fırlanır. O bir nəfər də səninlə deyil, sənin deyil…Olmayacaq da. Dərdinin əlinlə itələyəcəyin dərmanı da yoxdu…
2. Uzaqlarda həmişə hamı xoşbəxt görünür. Sonra sən gedib o “uzaqlar”a çatırsan və görürsən ki, sən demə qeyri-adi heç nə yox imiş. - bu hissənin ardı var, amma mən başqa sitat gətirəcəm..
“Seven Samurai” filmindən - “They say the fish that gets away looks bigger than it really is.”
This entire review has been hidden because of spoilers.
Refigemin tekidi ile oxudum ve hec pewman olmadim , genc azerbaycanli xanimdan bele duygusal bir sevgi romani oxumaq acigi mene cox xosh geldi … Men hemishe demishem ki , qizla oglan arasinda dostluq munasibeti olmur , burda bu meseleler öne çekilmesini daha cox sevdim ve haqli çixdigima sevindim :))) Amma butun bunlara baxmayaraq Murada çox uzuldum :( sonluq meni cox meyus etdi amma Drama queen oldugum ucun , sonluq cooox ela idi :D
Son vaxtlarda oxuduğum ən təsirli , müasir dövrə uyğun sevgi romanı idi , səbirsizliklə 2-ci hissəni gözləyirəm və 2-ci hissədə Ayxan obrazını daha çox görmək istərdim , yazıçıya isə duyğulu emosiyalar yaşatdığı üçün big thanks ❤️
Aysel xanımla kitabı müzakirə etdik, daha doğrusu, "Dartanyanlar" kitab klubu müəlliflə görüş təşkil etmişdi, mən də uzaqdan-uzağa qoşulub fikirlərimi çatdırdım. İradları səmimi qəbul etməsi, mədəniyyəti və səmimiyyətilə Aysel xanım mənə olduqca xoş təsir bağışladı, ona görə kitab haqqında çox sərt tənqid yazmağa əlim gəlmir, nə yalan deyim... Ancaq bu, romanın mahiyyətini dəyişmir.
Kitab çatdırdıqlarına nəzərən çox uzundur, yaxşı redaktə ilə üç yüz yetmiş iki səhifəni, ən azı, yarıbayarı azaltmaq olardı, yeniyetmələr və gənclər üçün qəşəng sevgi romanı çıxardı, ancaq təəssüf ki, roman eyni ilə təkrarlanan dialoqlar, mövzuya heç cür dəxli olmayan səhnələr və müəllifin bir fikrə gəlməkdə çəkdiyi çətinliklər ucbatından xeyli uzun alınıb.
Romanda Mələk adlı qız (ancaq qanadsız mələk başqasıdır) Ayxan adlı oğlanı özü ilə münasibət saxlamağa, demək olar ki, məcbur edir, sonra ondan sevgi gözləyib soyuqluğu ilə eşq əzabı çəkir. Bu ərəfədə yaxınlığında onu sevən insanları gözü görmür. Kitabda eyni əhvalat əvvəlcə Mələyin, sonra onun yaxın dostu Muradın dilindən verilir, maraqlı seçimdir, ancaq müəllif burada naşılıq edir və işin öhdəsindən lazımınca gələ bilmir, nəticədə əhvalat, təxminən, üzü köçürülmüş mətn kimi təkrarlanır.
Kitabın redaktəsi çox zəifdir, dilimizə yad olan, bədii mətnə yaraşmayan ifadələr insanı yorur. Ümumiyyətlə, mən belə başa düşdüm ki, müəllif üslubunu, hələ ki, tapmayıb, öz tərzini oturda bilməyib. Ümidvaram ki, növbəti işlərində Aysel xanım daha dəyərli və daha dərin əsərlərlə oxucularının ruhunu oxşayacaq. Uğurlar!