Jump to ratings and reviews
Rate this book

Amanabənd

Rate this book
"Amanabənd" romanı Azərbaycanda müstəqillikdən sonrakı dövrü əhatə edir.

Hadisələr əsasən Bakının mərkəzindəki "Sovetski" adlanan ərazidə baş verir.

Qəhrəman "Sovetski"də doğulur, böyüyür, aşiq olur və sonda yaşadığı məhəllənin sökülməsiylə buranı tərk etmək məcburiyyətində qalır.

Amanabənd - o yan, bu yanlığı, başqa sözlə, var olmaq və olmamaq arasındakı incə xətti ifadə edir. Baş qəhrəmanın sevgisi amanabənddir, sevgilisiylə arasındakı bağ hər an qırıla bilər. "Sovetski" məkan olaraq amanabənddir, hər an yer üzündən silinə bilər. Həmçinin digər qəhrəmanlar da amanabənd həyatlar sürür, incə xətt üzərində yaşamağın ağrılarını çəkirlər.

Bu, münasibətlərdəki, insan və məkan arasındakı, indi və keçmiş arasındakı kövrək bağların hekayəsidir. Qəhrəmanlar bizim tanıdığımız, gündəlik həyatda rast gəldiyimiz insanlardır. Bəlkə də onlar elə bizik.

"Amanabənd" - Cavid Ramazanovun ikinci kitabıdır.

250 pages, Paperback

First published June 12, 2022

2 people are currently reading
12 people want to read

About the author

Cavid Ramazanov

4 books10 followers
1988-ci ildə Bakı şəhərində anadan olub. 189 nömrəli orta məktəbi və BDU-nu bitirib. Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunda (GİPA) magistr dərəcəsi alıb. 2008-ci ildən etibarən Azərbaycan mətbuatında fəaliyyət göstərir.

Müxtəlif tanınmış mətbuat orqanlarında redaktor kimi işləyib, beynəlxalq media layihələrində iştirak edib. Həmçinin dövrü mətbuatda çox sayda məqalələr, tərcümələr və hekayələr toplusunu nəşr edib.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (4%)
4 stars
11 (50%)
3 stars
8 (36%)
2 stars
2 (9%)
1 star
0 (0%)
Displaying 1 - 11 of 11 reviews
Profile Image for Lamiya Goycayeva.
201 reviews50 followers
July 6, 2022
Bəzilərinə epizodik bir səhnə kimi görünən hadisə başqalarının həyat amalına, ən xoş xatirəsinə və ya ən böyük travmasına çevrilə bilər. Bu iki qütbü təmsil edənlərin yolları kəsişəndə isə kədərli, ancaq bir o qədər də yaddaqalan hekayə ortalığa çıxır.

İlyasın böyümə, daha doğrusu "böyüyə bilməmə" hekayəsi də bu qəbildən idi.

Bəxtsizlər və autsayderlər şəhəri Bakının ən bəxtsiz sakinlərindən oldu İlyas. Onun hüznü, melanxoliyası, adamayovuşmazlığı insanı qorxudacaq qədər tanış idi.
Profile Image for Mustafa Rushan.
436 reviews16 followers
July 2, 2022
Bakı mənim yad yerimdir... İllərdir burda yaşayıram, amma hələ də özümü marsdan gəlmiş yadplanetli kimi hiss edirəm... Bir məkana həsrət çəkən insan deyiləm... amma bu qədər də yad olduğum bir şəhər indəyədək olmayıb... Elə bil küsülüyük, nə o mənimlə barışmağa, nə də mənim onunla dil tapmağa niyətimiz var... Eyni yerdə yaşayan, lakin bir-birini sevməyən cütlük kimiyik...

Cavid bəyi ilk dəfə "Şeyx" romanına yazdığı tənqiddən tanımışdım... qələmi, yanaşması xoşuma gəlmişdi... izləyirdim... bir hekayə kitabı olduğunu eşitmişdim... ardınca "yutubda" veriliş başladı... izlədim... kitabı çıxdığını eşidən də oxumalı idim... Nəhayət ilk dəfə idi ki, imza gününə həm dəvət aldım, həm də iştirak elədim... Çox yüksək təəssüratlarla oradan ayırlmadım, düzdür... amma, etiraf edim, mənə imza gününün özü bir o qədər maraqlı deyildi... kitaba köklənmişdim... əsas gözüm onda idi...

Əlimdə oxuduğumu bitirən kimi, iki əlli, iki ayaqlı (bu sözü Lamiyə Göycəyeva xanımdan oğramışam )))... mütaliəyə başladım... əlimdə qara qələmlə... İlk diqqətimi çəkən dili idi... məndə belə bir təəssürat yarandı ki, müəllif sanki hər bir cümlənin üstündə bir-bir durub, onu gözəlləşdirmək üçün əlindən gələni edib... dil mənə ləzzət elədi... təəssüf ki, müasir ədəbiyyatda dil problemi böyükdür... bizim nəsil, əfsuslar olsun ki, özü dilini istənilən səviyyədə bilmir... Müəllif elə bil yazanda sağ əlinin altında lüğət olub... cümlələr üçün ən gözəl, ən maraqlı sözləri tapamq üçün lüğəti ələk-vələk edib... görəsən elə belədə olubmu?... bəlkə bir gün müəllifdən soruşaram...

Yeri gəlmişkən... kitabı oxuyanlar... "Bəxt üzü"yünü xatırlayan oldumu?... )))

Romanı oxuyanda "Sovetski" mənə Elif Şafağın "Bit palası" romanını xatırlatdı... Düzü Şafağın ən az bəyəndiyim romanı olsa da, "Amanabənd"də onun aurası sezilirdi... Sovetski barədə çox eşitmişdim... araşdırmamışdım... Bakı qədər mənə maraqsızdı... amma, bəzən də haqsızlıq elədiyimi düşünürəm... kitabda göyqurşağı qədər rəngarənglik vardı... koloriti məni şad edirdi... avtobusda oxuyan məqamlarda dodaqlarımı dişləyə-dişləyə Qulunu oxuyurdum... Qulu mənim favoritimdir... Sonra Zeynəb xala... Kartoşkaxanım da pis deyildi...

Müəllifə acizanə bir tövsiyəm olardı... Bu personajlar, fikrimcə, hər biri ayrı ayrılıqda bir romana layiqdirlər... onu hədər eləməsə, əla olar... Qulu ayrı romana layiqdir... onu növbəti romanların baş qəhrəmanı kimi görməyi çox istərdim... Vəfanı anlamağı çox istərdim... onuun taleyi də, sadəcə İlyasin gözündə sönük qaldı...
"Antabus" romanında Gönül abla vardı... yazıçı sonra ona ayrı bir roman həsr eləmişdi...

Sonda kövrəldim... ortalarda güldüm... İlyasa hirsləndim... yerli ədəbiyyatdan gözəl bir nümünə oxuduğuma şad oldum... Bu debüt romandı... məncə, kifayət qədər uğurlu idi... Müəllifin potensialından şübhəm yoxdur... daha ciddi məsələlərə köklənəcəyini ümid edirəm... bizdən, özümüzdən bəhs edən, bizə güzgü tutan romanlar yazacağına ümid edirəm.. ki, bu birinci addım idi... Romana yağlı dörd verdim... uğurlar diləyirəm... İndi sıra yoldaşımdadır... ona da oxutduracam...

Sezen Aksu "Begonviller" mahnısında belə deyir: "Kaç kişiyiz savunan sevdayı"... Bəli, Azərbaycanda da ədəbiyyatı savunan neçə nəfərik ki?... Bir ovuc... Bu səbəbdən ən xırda ədəbiyyata dair işartılara dəstək verməyə özümə borc bilmişəm... Və hamını buna üslubunca səsləmişəm... Bu romana, bu müəllifə biganə qalmayacağınızı ümid edirəm...
Profile Image for Nigar Makhmud.
Author 3 books42 followers
September 1, 2023
Yaxşı idi amma mən əsərdən daha çox şey gözləyirdim nə yalan deyim. Əvvəli yaxşı başlamışdı amma :)
Profile Image for Vüsal Aydın.
Author 3 books30 followers
November 15, 2022
"Amanabənd" Cavid Ramazanovun ilk romanıdır. Arzu edirəm, bu kitab yazıçının ən zəif əsəri olar. Romanda müəllif maraqlı taktikalar və yeniliklərdən istifadə edib. Müəllifin təhkiyəsi qətiyyən pafoslu deyil, əsas obrazın (İlyas) öz daxilində yaşadığı ziddiyyətlər maraqlı təsvir olunur, obraz öz-özünə düşünüb özünü danlayarkən, yaxud başqasının arxasınca deyinərkən səmimidir. Bunlar kitabda bəyəndiyim cəhətlər oldu. Bir də, ən əsası, müəllif ədabazlıq etmir, olduqca yalın dillə, aydın tərzdə çatdırır əhvalatı. Məncə, bu yaxşı cəhətdir. Lakin heç cürə ürəyimə yatmayan şeylər də çox oldu kitabda. Lap çox...

Romanın mövzusu haqqında qısaca danışmaq olar, uzun danışmaq, yəqin ki, mümkün də deyil heç, çünki Sovetskidə yaşayan İlyas adlı bir oğlanın onuncu sinifdə oxuyarkən qonşu qıza vurulmasından danışılır, başqa da elə bir ciddi nəsə yoxdur. İlyas Şəhlaya vurulur, bütün günü onu düşünür, söz qızın qulağına çatır, çağırır İlyası evinə öpüşürlər, vəssalam. İlyas qızı unutmur, qız İlyası unudur… Yaza-yaza ətim töküldü, bilmirəm, Cavid bəy bu qədər əziyyətə qatlaşıb, necə yazıb bu romanı.

Birdən Siz kitabın üzərində yazılanlardan və qapaqdakı şəkildən romanın Sovetskinin dağıdılması və bunun fonunda yaşanan insan taleləri, ağır dram, dərin fəlsəfi, psixoloji, sosial yönü qabarıq dolu roman gözləyərsiniz, yox, elə deyil. Kitabda Sovetskinin adı bir neçə dəfə çəkilsə də, orada yaşananlar, daha doğrusu, müəllifin romanda bizə danışdığı əhvalatlar Bakının, istisnasız, bütün məhəllələrində yaşanan, adi, normal, bayağı əhvalatlardır. Ümumiyyətlə, bu roman Sovetski haqqında deyil, bu romanda Sovetskinin sadəcə adı var, ruhu yoxdur.

Kitabın redaktoru qismində yazıçı Pərviz Cəbrayılın adı yazılıb, ancaq məncə, düz deyil, kitab redaktə olunmuşa oxşamır çünki. Korrektorun adı yazılmayıb, yəqin ki, kitabın korrektoru yoxdur və bu dəqiq hiss olunur. Ümumiyyətlə, mətnin tərtibatı çox bərbaddır. Redaktə və korrektə olunmuş kitabda “olips paçkası”, “fiqura”, (rəqəmlərlə yazılmış formada) “250 dəfə tavana toxunmaq” kimi ifadələrin və “yeni il tətili bitmiş, dərslərin başlamasından günlər keçirdi” kimi cümlələrin nə işi var ki? Özü də bunlar hamısı müəllifin təhkiyəsindədir, dialoqlarda da deyil ki, günahı obrazların boynuna ataq.

Belə… Zənnimcə, romanda üstündə durub danışılacaq çox şey yoxdur. Tövsiyə etməyəcəyim, unutmağa çalışacağım romanlardan oldu. Müəllifin yeniliklərini və istifadə etdiyi texnikaları yüksək qiymətləndirirəm, lakin bunlar romanı xilas etmir, təəssüf ki. Bütün cəhdlərə rəğmən, “Amanabənd” bötüvündə vacib heç bir mahiyyət kəsb etməyən roman oldu mənim üçün. Ümid edirəm, gələcəkdə Cavid bəy bizi daha gözəl romanlarla sevindirər. Uğurlar!

https://vusalaydin.wordpress.com/2022...
This entire review has been hidden because of spoilers.
Profile Image for Nil Azim.
69 reviews4 followers
September 19, 2023
Əsər maraqlı başlasa da dərinləşə bilmədi və bir "ergen" kitabı dadı buraxdı.

Dil axıcılığına və sözlərin səmərəli istifadəsinə görə 3bal verdim.
Profile Image for Eyyub Məmmədov.
Author 1 book1 follower
July 23, 2022
Cavid Ramazanovun " Amanabənd" romanı Bakının haçansa öz əbədiyyətinə inanan, amma bu inamın arxasında da daim gizli - gizli , içdən - içə boylanan bir şübhənin - Amanabənd bir talenin - gec - tez tarixin tozlu səhifələrinə qovuşacaq bir məkan olan Sovetskinin kədərli bir elegiyasıdır. Amanabənd təsadüfi , müvəqqəti , haçansa mövcud olmayacaq talelərin əbədiyyət qarşısında sinağıdır. Həyat, dünya , ölkə , şəhər , insan. Bunların hamısını birləşdirən ortaq bir məqam var: Müvəqqətilik. Müəllif isə bunu belə adlandırır - Amanabənd.

Amanabənd mənim üçün bir sıra cəhətləri ilə əlamətdar oldu.

1. Daim mənə maraqlı gələn, amma çox az təəsüratım olan ikiminlərin əvvəlinin bakısı - onun episentrində yaşayan insanlar , " şəhərli - kəndçi " antaqonizmi, o dövrün abu havası, şəhərin estetik çalarları və s bu kimi xüsusiyyətlərin çatdırılması baxımdan .

2. Müəllifin ədəbiyyatımıza elə də yad olmayan " looser qəhrəman" anlayışına fərqli baxış sərgiləməsi, onun uşaqlıq tramvalarına xüsusi ilə ağır basaraq əsəri lirik psixologizm qatında daha da gücləndirməsi. İlyas bizim hamımızın tanıdığı , hər gün gördüyümüz , salamlaşdığımız, amma niyəsə heç vaxt " sən niyə beləsən axı ? " deyə soruşmadığımız ( Soruşmalıyıqmı, qoy buna ilk öncə psixoloqlar , sonra isə sosioloqlar cavab versin. Yazıçının işi faktların konstatasiyasıdır.) sıravi bir azərbaycanlıdır. O , yaşadığı ölkənin , cəmiyyətin, hətta biraz da miqyası kiçildib getto bele deyeceyimiz bir məkanın kollektiv tramva yaddaşıdır. Biz bu miqyaslarla əsər boyu oynamağa məcbur qalırıq . Ona görə ki, yalnız bu cür yanaşma tərzi ilə bir insanın simasında bir ölkənin, bir ölkənin də simasında bir insanın taleyinə işıq sala bilərik. Şəxsən mən mənim üçün müəllifin əsas uğuru kimi də bu əsərdə yaratdığı imkanı təqdir edirəm. Bəli, mən əsər boyunca bu keyfiyyəti duya bildim. Sovetski orta bir yerdir . Bu zaman məkan hüdudunda ( burda hüdudsuzluq yoxdur , çünki amanabəndlik hökm sürür ) uc nöqtələri İlyas və Azərbaycan təşkil edir . İlyasdan başlayaraq Azərbaycanda bitən bu intervalin adını Amanabəndlik qoymaq olar. Başından ayağa , təpədən dırnağa Amanabənd olan bir coğrafiya, haçansa məhv olmağa məhkum bir ölkə , sökülüb atılmaq , yox olmaq zərurətində olan həyatlar. Coğrafiya isə necə deyərlər taledir. Amanabəndliyə məhkum bir ölkənin əbədiyyət kimi bir dərdi ola bilməz. Çünki onun qədəri coğrafiyası , coğrafiyası isə Amanabənddir.
1 review
April 3, 2023

Romanı oxuyarkən yazıçının yazdığı bəzi cümlələrdə özündən asılı olmadan dayanıb, köks ötürüb, o incə məqamı sənə xatırlatdığına, və ya o duyğunu fərqinə varmana kömək etdiyinə görə qəribə bir minnətdarlıq hissinə qapılırsan. Bakıdakı heykəllər, bir-birinə qovuşan o gözəl küçələr, metro, orta məktəb, şagirdlər, sinif otaqları… Baş qəhrəman o gözəl Bakı küçələrində gəzişdikcə, mən də o an o küçədə peyda olur, özümü onun arxasınca addımlayırmış kimi yaxın hiss edirdim, zaman-zaman hətta xəzrinin saçlarımı dağıtdığını hiss edirdim. Hər növbəti səhifədə obrazlara daha doğma hiss edirsən. Yazıçı Bakının keçmişini, bu gününü, dayanmayan və sürətlə dəyişən tembrini təsvir edir. Obrazların ssenari boyunca inkişafı çox uğurlu alınıb. Mətn boyunca yazıçı zamanın xronologiyası ilə oynayır və bu edərkən keçmiş və gələcək arasındakı bağlılıq qopmadan oxucunu romana kilidləyir. Romanın mənə görə unudulmaz nüanslarından bəziləri:
“Varlığına hakim kəsilmiş qeyri-müəyyənlik hissi daha da şiddətlənmişdi indi.”
“Pilləkənlər cinayətkarı ifşa etmək istəyirmiş kimi cırıldayırdı.”
“İndi danışdıqlarım mənə qupquru gəlir, halbuki təsəvvürümdə capcanlıdırlar.”
Romanın sonunda bir sönüklük hiss etdim. Nəyisə qaçırtmış kimi təlaşa qapıldım. Baş qəhrəman özü improvizasiya edir əsərin sonunda. Əgər bədii obrazın hisslərini anbaan oxucu da bütün hüceyrələrinəcən hiss edə bilirsə, demək ki, bu əsər məqsədinə çatıb.
1 review
September 10, 2022
Hekayə heç yorucu deyil, fasiləsiz, yorulmadan oxumaq olur.

Əvvəldən sona qədər hekayəni izləyən kədər məncə hazırkı Azərbaycan reallığına çox uyğundur.
Obrazların xarakterləri yaxşı işlənilib, təsvirlər canlıdır, qəhrəmanlarla birgə Bakının mərkəzi küçələrində gəzinti etdiyini xəyal edirsən. 15-20 il əvvəlki Azərbaycan həyatından elementlər də maraqlı təsvir olunub, oxuduqda bəzi unutduğun əşyaları, xatirələri canlandırır. Hekayənin naməlum bitməsini isə bəyəndim, sonluğun oxucunun şərhinə buraxılması yaxşı fikirdir.

Gələk bir-iki tənqidə:
- Hekayə boyu zamanda bir neçə dəfə irəli-geri hərəkətlər oldu, ideya yaxşı olsa da məncə keçidlər azacıq qeyri-müəyyən qalırdı, daha müfəssəl təsvir oluna bilərdi.
- Bir və ya iki yerdə zaman ardıcıllığında xətalar vardı.
- Və dialoqlar, bəzən dialoqlarda kimin nəyi dediyini anlamaq asan olmurdu, ələlxüsus bir neçə nəfərin iştirakı olan söhbətlərdə.

Son olaraq ümumi təəssüratım yaxşıdı, oxumağa dəyər!
Profile Image for Nigar.
8 reviews
September 26, 2024
Bədii üslubu olduqca uğurludur. Xüsusilə lüğəti, ifadələri, təsvirlərin canlılığı təqdirəlayiqdir.

Lakin kitab bitdikdə "əzab da sona çatdı". Xüsusilə xaricdə olanda oxuyub Bakının hər küçəsini "gəzmək" yaxşı idi, lakin bu təsvirlərdəki kədər, eləcə də baş obrazın hər şeyi detallı şəkildə müşahidəsinin gətirdiyi az qalsın əzablı fikirlər sadəcə özünüzə iztirab vermək istəyirsinizsə oxunmalıdır.

Başladığım üçün bitirdim, bəlkə də uzun müddət sonra oxuduğum ilk bu növdə roman olduğu üçün, eləcə də Azərbaycan kontekstini əhatə etdiyi üçün ədəbi nümunə (və ya bədii yaradıcılıq nümunəsi) kimi qiymətləndirə bilmirəm, lakin hər bir halda ağır emosiya yükünü yarada bildiyinə görə uğurlu əsərdir.
Profile Image for Aliya Hüseynli.
1 review
June 30, 2022
Detalları çox dərin verilib. Sonu aydın olmadı. Oxucuya buraxmış ola bilər yazar. Amma hər oxucu üçün deyil yəqin belə sonluq. Yeniyetməlik dövrü tam təsvir olunan bir qəhramanın aqibəti bəlli olmadı. 🤷
Profile Image for Hiko.
353 reviews7 followers
July 11, 2023
Maraqlı başlasa da, sonradan kitabn dinamikası çox sıxdı. Sonda azca toparladı, amma təriflənildiyi qədər olmadı. Yenə də öz dilimizdə yeni əsərlərin yaradılması sevindirici haldır. 😊
Displaying 1 - 11 of 11 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.