Jump to ratings and reviews
Rate this book

Qaranlıq günəş #2

Həyat sandığı

Rate this book
Üçlüyün ölümündən artıq beş il keçib. Çöküşdən sonra baş qaldıran qazza üsyanı, Elion tərəfindən basdırılsa da, Draqzin və Zeldan gizlənə bilmişdi. İndi isə, hər kəsi gündən-günə daha dərin qorxuya salan bir həqiqət var idi. Əsrlərdir tanınan ən qəddar düşmən, az qala beş ildir ki səssizliyə qərq olmuşdu. Yolunu azmış ürkək ovuna, qaranlıqda səssiz yaxınlaşan vidra kimi.

Elionun yaratdığı yeni dəstəyə daxil olan Eçso, dəstə üzvləri ilə birgə Draqzini öldürmə tapşırığı alır. Lakin yola çıxmazdan əvvəl, təxmin belə etmədiyi həqiqətləri öyrənir. Elionun illərdir onu hər kəsdən qorumağının, hətta onun özündən gizli saxladığı bir səbəbi var idi. Hansı ki, Draqzin də bilirdi bunu. İlk görüşlərində “Etibar etdiklərinin əsl üzünü görən zaman, səni gözləyəcəm,” demişdi qaranlıq şahzadə.

Paperback

First published January 1, 2014

4 people are currently reading
67 people want to read

About the author

Zaur Pənahov

3 books29 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
42 (73%)
4 stars
10 (17%)
3 stars
4 (7%)
2 stars
0 (0%)
1 star
1 (1%)
Displaying 1 - 11 of 11 reviews
Profile Image for Nərmin.
644 reviews175 followers
August 24, 2020
Nəhayət ikinci kitabı da oxumaq nəsib oldu.

Birinci kitabı daha çox sevdiyimi deyərdim, çox güman ki, son vaxtlar kitab oxumağa marağımın azalması ilə bağlıdır. Ümid edirəm, kitablara qarşı olan sevgimə yenidən geri qayıdacağam.

Eçsonun xarakteri bu kitabda çox dəyişilmişdi, hətta daha çox Etraka bənzədiyini deyərdim. Ondan fərqli olaraq Aqrenin xarakterini burada daha çox bəyəndim, bəlkə də bu onun daha çox azad olması və öz düşüncələri ilə hərəkət etməsi ilə bağlıdır. Selley maraqlı obraz idi, lakin heyif ki, onu az gördük.

Hekayə daha dinamik idi, hətta burada dəniz səyahəti də var idi. Döyüş səhnələri bol idi, lakin belə səhnələri filmlərdə sevsəm də, kitablarda onları sürətlə keçmək kimi bir xasiyyətim var. Düzünü desəm kitablarda obrazların daxili düşüncə və hissləri, bir-biri ilə münasibətləri mənə daha maraqlı gəlir.

Sonluğu məni təəccübləndirdi, düzü belə bitməsi məni bir az məyus etdi. 3-cü kitabı gözləmək lazımdır. 3.5 ulduz
Profile Image for Khayala.
23 reviews28 followers
July 31, 2016
Mence, bu kitab birinciden daha maraqli idi. Cunki birinci kitabda sonda hadiseler cox qarisir, yeni obrazlar daxil olur. Bu kitabda ise esas obrazlar kitabin sonuna qeder on plandadi, elave obrazlar cox deyildi. 1ci kitabda en sevimli obrazim olan Etrak 2ci kitabda yerini Eçsoya verdi tebii olaraq. Bu kitabda Eçso Etrakin birinci kitabdaki halidi mence. En teeccublendiyim hisse Eçsonun yuxusunda bas veren hadiseler idi, yuxu oldugunu oxuyanda sevindim:) Çunki Aqrenle Eçsonun sona qeder birlikde olmasini daha cox isterdim. Aqrenin Etraka olan hisleri ve Eçsonun da Aqrene olan hislerini qabariq tesvir olunmasa da, anlamaq cetin deyildi. Selleyin de Eçsoya qarsi hislerini gormemek mumkun deyildi. Amma teessuf ki hemise "mutlu son" olmur. Ne qeder istesek de. Sadece onlarin cekdikleri o qeder eziyyetin sonda bir hec ugrunda oldugunu oyrenmek üzücü idi. Realliq o idi ki, ekro irqi mehv olmaliydi ve ele de oldu. En son bolum en uzulduyum hisse oldu. Xususen de Elionla Aqrenin ölümü cox tesirli idi:(( Son anlarinda Aqrenin dediyi cümleni cox sevdim "Unutma Eçso, Qaranliq sadece pislik deyil, seçimdi. Cunki qaranliq da yaradiciya aiddi" Bitdiyine uzulduyum bir kitab oldu, umid edirem ardi olacaq.
Profile Image for Lady Flo.
204 reviews26 followers
May 30, 2016
Kitabı təhlili oxuduğum dilde prinsipi.^_^
Birinci kitabın daha maraqlı olduğu deyilsə də, ikinci kitab mənimçün daha maraqlı idi. Əsas səbəb hadisələrin daha dinamik olmasıdır. Lakin bəzi yerlərdə hadisələrin bir biri ilə bağlılığında kiçik qırılmalar var idi və bu bəzən 'Niyə belə oldu?' 'Hardan bildilər?' suallarını fikirləşməyimə səbəb olurdu. Bəzənsə, bu sualların cavabı üstündən ötüb keçiləcək adi cümlələrdə idi.
Kitabın ümumi redaktəsindəki kiçik səhvlər nəzərə alınmazsa, ümumilikdə çox gözəl və həyəcanverici bir əsərdir. Və ümid edirəm ki, bu son deyil.
Kitabın ən yaddaqalan cümləsi? Səhifə 121, Aqren: "Gücünün çatdığı qədər Azara xidmət etdim, sağlığımı itirdim, atamı itirdim... Etrakı itirdim." Mənə təsir edib, ən çox kövrəldən epizoddu.
Profile Image for Murad Bəbirov.
6 reviews
August 21, 2023
İl 2014, hə elə həmin il, yüngülvari araşdırma və BAM! 2ci hissə var imiş sevinci. Tez bazar tap sifariş ver əldə elə və ac gözlüklə oxu. 1.hissəylə aradakı MƏNƏ GÖRƏ ən təməl fərq 1.hissədə məlumatlar çox sadə və ya yaşanılaraq öyrənilirdisə, 2.hissədə biri tərəfindən nəql olunurdusa da və ya hadisələrdə öyrənilirdisə də biraz "can sıxıcı" olurdu. Bunu da məlumatın çoxluğu və dünyanın genişliyinə bağlayıram. Onun xaricində kök oğlanın hekayəsinin genişləməsi və macəralarının 1ə 5 artmasını ilk kitaba nisbətdə daha çox sevdim.

Mütləq şəkildə əldə eləyib oxuyun oxutdurun.

P.S. Bir anlıq elə bildim GoT serialının hər sezon finalından öncəki bölümünün senaristi/ləri əl atıb sonluğa, bu necə final idi...sadəcə dəhşət..
Profile Image for Tural İsmayılzadə.
4 reviews1 follower
July 25, 2020
Salam, ikinci hisseni axtariram amma hec cure tapa bilmirem hech harda. Eger kimdese varsa satmaq istiyirse zehmet olmasa yazardiz. Tesekkurler onceden
Profile Image for Konul Guliyeva.
14 reviews
August 22, 2023
Birinci kitab nisbətən səthi olsa da ikinci kitab obrazlara, hadisələrə daha kompleks yanaşır. Təəssüf ki sonluğu məni məyus elədi 🥲😭
Displaying 1 - 11 of 11 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.