Dünyanın hâkimi olan Amerika, kendi başının çaresine bakmaktan aciz...
Bütün dünyayı idare etmek üzere politikalar geliştiren İsrail, en büyük müttefiki Amerika'yı saf dışı bırakmak için planlar yapıyor ve bu planlarını başarıyla uyguluyor.
Üretilen büyük bir yapay depremin ardından, Amerika yerle bir oluyor ve bu ülkenin ekonomisini elinde tutan Yahudi tüccarlar Avrupa'ya yöneliyor.
Bu da yetmiyormuş gibi Türkler, Ayasofya'yı yeniden ibadete açıyor.
Bir Türk paşası, Hristiyan ve Yahudi dünyasının peşinden koştuğu Ahit Sandığı'nı ve Hazreti Musa'nın Asası'nı ele geçiriyor ve o tarihten itibaren bütün dünyanın hâkimi olmak için adım adım yürüyor...
Dünyanın hâkimi olmak üzere yola çıkan İsrail, bir bir kendi kazdığı kuyulara düşüyor ve İslâm ülkeleri tarafından büyük bir iltifata mazhar olan Paşa, giderek Mehdix Paşa'ya dönüşüyor. Üçüncü Dünya Savaşı başlıyor...
Özel ve "seçilmiş" biri olarak, kendine yöneltilen bütün tehlikelerden sıyrılan ve ezilmiş, hakir görülmüş, kutsal değerleriyle alay edilmiş bir inancın, İslâm inancının bayraktarlığını yapan Mehdix Paşa, tıpkı dünyanın beklediği kurtarıcı gibi donanarak ve donatılarak üzerine düşeni gereği gibi yerine getiriyor.
"Mehdix", yazarın geleceğe dair gördüğü rüyanın bir yansıması. Kitapta yer alan bilgiler, tamamen bir kurmaca. Geleceğin dünyasında olabilirlikler üzerinde duran yazar, yaklaşık yarım asırdır yaşanan dünya siyasetini aynanın arkasından bakarak tersinden okumaya çalışıyor.
Kitap, günümüz dünyasının süper güçleri olan ülkelerin de bir süre sonra bu etkinliklerini yitirebileceğini, şu anda gelişmekte olan veya henüz bu sürece girmemiş olan ülkelerin zamanla kendi politikalarını üreterek dünya siyasetinde egemen hale gelebileceklerini ve bunu nasıl yapabileceklerinin ipuçlarını sunmaya çalışıyor.
Fantaziyası zəngin olan insanlardan xoşum gəlir. Başda Jül Vern olmaqla bir çox fantastik roman oxumuşam və həmişə fantastik film və oyunlara üstünlük vrmişəm. Kitablar və ədəbiyyat insana həyatda enerji, güc verməlidir. Başqa sözlə, nə isə öyrənməlisən bunlardan. Buna baxmayaraq, ciddi nə isə öyrənməyib amma yüksək dərəcədə zövq ala biləcəyin kitablar da var. Mehdix məhz elə bu cür romanlardandır. Qeyri-adi, öyrədici, fəlsəfi və ya buna bənzər üslubda deyil, sadəcə çox gözəl fantaziyanın məhsuldur, əyləncəlidir.
Eyni zamanda da əsəri tam fantastika hesab etmək olmaz. Çünki romanda təsvir olunan hadisə və proseslər olmayacaq şeylər deyil. Fantaziyanı sevirəm və günümün bir hissəsini müxtəlif xəyallarda keçirdirəm. Fantaziya, fantastik romanlar və filmlər nəyimizə lazımdır? Və yaxud da fantastik janrı sevmirəm deyən insanları başa düşmürəm (ifrat fantaziya da bir şey deyil). Fantaziya axı yenilik və fərqlilikdir. Deməli onu sevməyənlər də yeniliyə qapalı və yaradıcı olmayan insanlar olur. Yəni heç kim sözümdən inciməsin sadəcə şəxsi fikrim belədir. Romanda təbii olaraq həm bəyəndiyim həm də bəyənmədiyim məqamlar olsa da mən daha çox bəyəndiyim hissələrinə fikir verdim. Hər şeydən öncə romanda həqiqi olan dini,hərbi, siyasi məlumatlar öyrəndim. Romanda adı çəkilən bir çox dini rəvayətlər və hərbi silah-sursatları Googl-da araşdırdım və uydurma olmadığını gördüm. 2019 və 2020 ci illərdə dünyanın ümumi mənzərəsi. Romanın süjet xətti budur və dünya üçüncü dünya müharibəsinin astanasındadır. Eynşteynin çox gözəl fikri var: “Üçüncü dünya müharibəsini deyə bilmərəm, amma dördüncü dünya müharibəsi daş və dəyənəklərlə olacaq”. Yəni, əgər üçüncü dünya müharibəsi olsa, dünya böyük bir qəbiristannlığa çevrilə bilər. Bunun da kökündə ayrı-ayrı adamların öz beyinlərində uydurduqları və dəlicəsinə inandıqları peyğəmbərliklərdir. Yəni dünyanın idarəediciləri konkret olaraq özlərini Allah hesab edirlər. Əlbəttə dünyanın idarəediciləri mövzusu elə mövzudur ki, hər yerindən duran bunu haqqında kitab yazıb, film çəkib, amma inanıram ki, bu romanda və Dan Browun romanlarında təsvir olunduğu kimi, dünyanı idarə edən insanlar var. Romanda o adamlar planlarını addım-addım reallaşdırmağa başlayırlar (bununla neçə neçə insanların ölümünə səbəb olurlar), ancaq yolunda getməyən nə isə baş verir. İslamda Mehdinin zühuru adlanan inam var və bu roman da o prosesi əks elətdirir. Yəni Mehdi qayıdır və xaos, düşmənçilik, dava-dalaş, nifrət, kin-küdurət içində olan dünyanı nizamlayır. Romanda Türkiyə bir ölkə kimi göyün yeddinci qatına qaldırılır, İsrail isə yerin dibinə salınır. Mehdix (Mehdi) olaraq bir Türk baş komandanı seçilir və müasir dünyamızın imkanları (kompüter, mobil telefon) vasitəsiylə ona mesajlar verilir və haqq-ədalətin yerini tutması üçün yönləndirilir. Romanın maraqlı cəhətləri sırasında, dəccalın əlamətləri ilə ABŞ-ın müqayisəsi və dini rəvayətlərin müasir həyatımızla sintezidir. Dəccalın həddindən çox əlamətləri var. Məslən, bir gözü kor olması materyalizmi, meyvə və tərəvəzləri mövsümdən aslı olmayaraq yetişdirmək (bu gün bu mümkündür),yalançı möcüzələr göstərmək, ölüləri diriltmək və insanları öldürmək, dünyanın istənilən nöqtəsində olan bitənləri eşitmək və görmək (peyk antenləri) və s. Həqiqətən də bir çox əlamətlər ABŞ-a uyğun gəlir. Dəccal bu romanda sistem-dövlət olaraq ifadə edilir. Məncə çox məntiqlidir. Dediyim kimi, romanda təsvir olunanlar olmayacaq şeylər deyil. Romanın dili adi, sadə, yazılma üslubu normal və hadisələrin təsviri isə zəiflə orta arasındadır – yəni pis deyil.