"Kəpənək mövsümü -bu elə bir dövrdür, elə bir gündür ki, bu zaman hər hansı bir qadın birdən-birə məşəl kimi od tutur və hisslərin bolluğundan, xoşbəxtliyin gücündən göy qurşağı kimi bərq vurmağa başlayır".
Əsl yapon stilində. Biraz sentimental, həzin, simvolik hekayə. Bir gün bir binada qadınlar sıra ilə kəpənəyə çevrilməyə başlayır. Ərindən gözlədiyi duyğuları ala bilməyən Satuko da öncə barama, sonra isə kəpənəyə çevrildiyini düşünür. Sonu da ruhi xəstəxanada bitir.
"Maraqlıdır, görəsən, kəpənəyə dönmüş qadınlar xoşbəxtdirlərmi?.."
P.S. "İnsan - şəxsi dəri adlı təkadamlıq kamerada ömürlük həbsə məruz qalmış məxluqdur".