,
Goodreads helps you follow your favorite authors. Be the first to learn about new releases!
Start by following Elçin Əzimli.

Elçin Əzimli Elçin Əzimli > Quotes

 

 (?)
Quotes are added by the Goodreads community and are not verified by Goodreads. (Learn more)
Showing 1-23 of 23
“Düşüncə ilə ehtiyatla davranmaq lazımdır, çünki o, hərəkətin başlanğıcıdır.”
Elçin Əzimli, Dan ulduzu
“Kənardakılar bir aynadır: səndə nə varsa, başqalarında da onu görəcəksən.”
Elçin Əzimli, Çağrı
“Həyat önümə çox bağlı qapılar çıxardı. Ancaq mən qapılardan küsmədim, onları açacaq açarlar axtardım.”
Elçin Əzimli, Çağrı
“Bu dünyada son sözü söyləyəcək və son nöqtəni qoyacaq insan sən olmayacaqsan. Yer üzündə həyat səninlə başlamayıb və səndən sonra da davam edəcək. Bir karvansaraya bənzəyir dünya; içində yaşadığın hücrədə bu gün sən qonaqsan, sabah isə başqası. Dünyanın sonu gələnə qədər o, qonaqlarla dolacaq və boşalacaq.”
Elçin Əzimli, Çağrı
“Suallar düşüncənin toxumlarıdır və sual olmayan beyində yeni düşüncə cücərməz.”
Elçin Əzimli, Dan ulduzu
“Həyatı mənalı və ya mənasız edən bizim ona münasibətimiz və verdiyimiz dəyərdir.”
Elçin Əzimli, Dan ulduzu
“Gələcəyi görmək üçün münəccim olmağa ehtiyac yoxdur. Bugünkü düşüncələrinə və məşğuliyyətinə baxaraq gələcəyinin necə olacağını təxmin edə bilərsən.”
Elçin Əzimli, Dan ulduzu
“Həqiqətə çatmaqda şübhə dolu sualların faydası böyükdür, ancaq şübhələrimizi doğru idarə etməliyik – əks halda, həqiqətin izini itirərik.”
Elçin Əzimli, Dan ulduzu
“Duyğuların söhbətləşdiyi yerdə sözlərə nə hacət?”
Elçin Əzimli, Çağrı
“Bugünkü həyatımız beynimizə keçmişdə əkilən düşüncə toxumlarının məhsuludur. Məhsuldan narazı qalmaq istəmiriksə, vaxtında düzgün toxum səpməliyik. Çünki qanqal toxumundan qızılgül cücərmədiyi kimi, mənfi düşüncələrdən də xoşbəxt həyat yaranmaz.”
Elçin Əzimli, Dan ulduzu
“Mənim xoşbəxtliyimin mənbəyi xoşbəxtlik axtarışını bir kənara qoyub həyatımda olan gözəl anların həzzini yaşamaqdır.”
Elçin Əzimli, Dan ulduzu
“Hər şey düşüncənin yaranması ilə başlayır. Düşüncə duyğu, duyğu da hərəkət doğurur. Sonda ortaya çıxacaq nəticə başlanğıcdakı düşüncənin keyfiyyəti ilə əlaqəlidir: müsbət düşüncə müsbət, mənfi düşüncə isə xoşagəlməz nəticələrə səbəb olur.”
Elçin Əzimli, Dan ulduzu
“Çərənçi insanın nitqi xırdavat dükanına oxşayır, orada ucuz qiymətə hər şey tapmaq mümkündür. Sözlərinin qiymətini bilən insanın nitqi isə zərgər dükanı kimidir – satdıqları az olsa da, qiymətlidir. Çalış, sözlərini ucuz satma…”
Elçin Əzimli, Dan ulduzu
“Uzun müddətdir axtarışında olduğun hüzura nə vaxt çatacağını bilirsən? Özünü və başqalarını rahat buraxanda.”
Elçin Əzimli, Çağrı
“Mən işığın sirrini qaranlıqdan öyrənmişəm. Müəllimim qaranlıq olub – aydınlanmağa görə ona borcluyam… Bir gün içimdəki arzulardan kiçik qığılcım oyandı. Arzularım böyüdükcə, o qığılcım daha da alovlandı və nəhayət, içimdə günəş kimi doğdu. O zaman işığın gücünü anladım. Anladım ki, qaranlıq nə qədər dərin olursa olsun, ən kiçik işıq parıltısı qarşısında belə gücsüzdür. Gördüm ki, işığın şölələri yüksəldikcə, qaranlığın sərhədləri geri çəkilir. Anladım ki, ətrafım hər zaman işıqlı olsaydı, işıq saçmağı öyrənə bilməzdim. Mən qaranlıqda işığı gördüm, mən qaranlıqda işıq oldum. Buna görə də artıq qaranlıq qorxum yoxdur. Konfutsi insanları ikiyə ayırırdı: qaranlığa söyənlər və şam yandırıb onunla mübarizə aparanlar. Mən ikincilər kimi işıq olmağı seçdim. Sən də qorxma qaranlıqlardan. İşıq saç və ona işığınla meydan oxu. Bu bəs edər! Görəcəksən; sən işıq saçdıqca, o da səndən uzaqlaşacaq…”
Elçin Əzimli, Dan ulduzu
“Ağ və qara bir-birinin tamamlayıcısıdır – pianinonun ağ və qara dilləri musiqini tamamladığı kimi. Şahmatın ağ və qara fiqurları oyunu tamamladığı kimi. Dünya səhnəsini bir şahmat oyunu kimi təsəvvür edin – qarşımızda bizdən fərqli fiqurlar olmazsa, oyun baş tutarmı?”
Elçin Əzimli, Dan ulduzu
“Kömür yandırılan ocağın ətrafında dolaşsan, üstündəki paltar his iyi verər. Ətir dükanına girsən, üstündən gözəl qoxular gələr. Ruh da paltar kimidir: ondan gözəl qoxuların gəlməyini istəyirsənsə, gül ətirli ruhların içərisində dolaş.”
Elçin Əzimli, Çağrı
“Xoşbəxtlik xoş düşüncələrlə başlayır.”
Elçin Əzimli, Dan ulduzu
“Daxildəki zənginliklə zahirdəki sadəlik düz mütənasibdir: daxil zənginləşdikcə, zahir də sadələşir.”
Elçin Əzimli, Dan ulduzu
“Eşq atəşdir, həsrət isə külək. Həsrət gücləndikcə eşq daha çox yandırar.”
Elçin Əzimli, Çağrı
“Həyat ikiqanadlı bir quşa bənzəyir; bir qanadı sevincdir, o biri qanadı isə kədər.”
Elçin Əzimli, Çağrı
“Həqiqət qapısının açarı suallardan ibarət açar toplusunun içərisindədir; mütləq bir açar var ki, o qapıya düşəcək.”
Elçin Əzimli, Dan ulduzu
“Yaradanın hikmətini anlamamış ola bilərsən, ancaq rəhmətindən ümidini kəsmə. Çünki hikmətin bağladığı qapılar bir gün rəhmətlə açılacaq.”
Elçin Əzimli, Çağrı

All Quotes | Add A Quote
Elçin Əzimli
45 followers
Çağrı Çağrı
82 ratings
Dan ulduzu Dan ulduzu
78 ratings