Goodreads helps you follow your favorite authors. Be the first to learn about new releases!
Start by following Fuad Isayev.

Fuad Isayev Fuad Isayev > Quotes

 

 (?)
Quotes are added by the Goodreads community and are not verified by Goodreads. (Learn more)
Showing 1-14 of 14
“İllər adamı ya elə hala salır ki, daha heç nəyi duymursan, ya da ki öldürür.”
― Fuad Isayev, Od adamların nəğməsi
tags: years
“Adam çox yaşayanda qorxağa çevrilir, gülməyə də qorxursan ki, əlindən alarlar.”
― Fuad Isayev, Od adamların nəğməsi
“Şüşəni salıb soyuğu udmağa başlayırsan. Lap ləzzət eləyir. Fikirlər gözlərinə gəldikcə küləyi də görmək istəyirsən və bir an bir mətləb sənə aydın olur:
Gündəlik duyduğun bu kədər sənin üçün adiləşib.”
― Fuad Isayev, Od adamların nəğməsi
“Hər ötən gün yalanlarımın sayı artır. Yəqin, adam böyüyəndə belə olur.”
― Fuad Isayev, Ölüdaşıyanlar üçün təlimat kitabı
“Bu oğlanı müharibə yedirib böyüdərək bir daha boya-başa çatdırıb və təzə bir adam qayırıb. Onun valideynləri müharibədir.”
― Fuad Isayev, Od adamların nəğməsi
tags: war
“Belə bir zülmətdə həm təskinlik, həm iztirab axtarışına çıxmaq olardı.”
― Fuad Isayev, Od adamların nəğməsi
“İnsanların ömrü bənzərdir – hər biri öz solğunluğunu gizlətməyə çalışır.”
― Fuad Isayev, Od adamların nəğməsi
“...Bu cür axşamların sayı artanda kədər adiləşir, kədər adiləşəndə isə yetkinlər əmələ gəlir.”
― Fuad Isayev, Od adamların nəğməsi
“Hər kəs özüylə məşğul, hamı dinməzliyə vurğun idi.”
― Fuad Isayev, Od adamların nəğməsi
“İnsanların ömrü soyuq binalarda dəyişməz şəkildə ötür.”
― Fuad Isayev, Od adamların nəğməsi
tags: cold
“...pəncərələri açdı ki, yağışın səsi evi dolaşsın, özünü tək hiss eləməsin.”
― Fuad Isayev, Od adamların nəğməsi
“Yağış yolu eşib dağıdırdı. Ola bilsin, torpaqda nəyisə axtarır, yaxud kimisə basdırmaq üçün çuxur qazırdı.”
― Fuad Isayev, Od adamların nəğməsi
tags: rain, war
“Günahlandırmaq və inandırmaq asandır.”
― Fuad Isayev, Od adamların nəğməsi
“Mən yoruldum və bir an xoşbəxt olub vətənə xəyanət elədim.”
― Fuad Isayev, Ölüdaşıyanlar üçün təlimat kitabı

All Quotes | Add A Quote
Ləkə: Başlanğıc Ləkə
10 ratings