Nijat’s review of Hayvan Mezarlığı > Likes and Comments

4 likes · 
Comments Showing 1-2 of 2 (2 new)    post a comment »
dateUp arrow    newest »

message 1: by Nijat (new)

Nijat Azimov Nəhayət, yazarın bu kitabını bəyəndim 4.5/5 ⭐

Əslində hekayə xətti bir qədər klişedir, amma hadisələrə maraq yaradan əsas məqam Louis-in Jud-a verdiyi bir sual və Jud-un bu sualı cavablandırma tərzidir. Elə o andan hekayənin necə bitəcəyini təxmin etmək olur. Bu detal istisna olmaqla, kitabda hər şey demək olar ki, əla idi.

Obrazların hər biri çox detallı şəkildə işlənib. Ailənin böyük uşağı Ellie, valideynlərinin ölümə münasibətini bizə göstərən ilk obraz kimi önə çıxır. Rasional düşüncəli Louis kitabın əvvəlində ölümə elmi və soyuq yanaşır, amma sonlara doğru bu baxışı tamamilə dəyişir — bu dönüş yazar tərəfindən çox ustalıqla çatdırılıb. Ana obrazı Rachel isə tamamilə fərqli bir son yaşayır. “Nə qədər qorxularından qaçsan da, onlar səni tapacaq” prinsipi çox yaxşı işlənib.

Pascow obrazı klassik “ölüm xəbərçisi” rolundadır. Steve obrazı nə qədər Louis-in həyatına ayna tutub onun ağlının səsini bizə göstərirsə, Pascow obrazı da bir o qədər vicdanın səsini təmsil edir.

Kitabda ən az bəyəndiyim obraz Jud oldu. O, sanki üzərinə “sağlamlığa ziyandır” yazıb, amma siqaret satmağa davam edən şirkətləri xatırladır. Bir məlumat verir, sonra da “amma etmə ha” deyə xəbərdarlıq edir. Bir müddətdən sonra “sus artıq, Jud” demək keçir insanın ürəyindən.

Gələk mənim üçün kitabın ən güclü obrazına — Louis. Onun yaşadığı hər bir psixoloji çöküş oxucuya çox inandırıcı şəkildə ötürülür. Bəzi məqamlarda ona haqq verir, empati qururdum. Uzun müddət yadda qalacaq bir obraz oldu mənim üçün.

Kitabdakı ən uğurlu digər tərəf isə Vendigo obrazının işlənməsi və bunun Louis üzərindən göstərilməsidir. Səhifələr irəlilədikcə, Vendigo tədricən daha aydın və qorxunc şəkildə hiss olunmağa başlayır.

Son olaraq, məni dəhşətə gətirəcək səviyyədə “qorxu atmosferi” çox da güclü deyildi, amma romanındakı hər bir obrazın detallı işlənməsi bu boşluğu aradan qaldırırdı.

Hər bir obrazı haqqında saatlarla danışmaq olar.


message 2: by Murad (new)

Murad Cəfərov ən sevdiyim kitablarından biridir Kingin


back to top