Muzafferus's Blog
December 27, 2021
AlterEgo ft. H.O.S.T – 40-cı qapı
Əslində çox uzun vaxt idi bunu necə yazacağımı, hansı mahnını seçə bilərəm deyə düşünürdüm. Dəfələrlə də köhnə mahnılardan birini təkrar işlədim ya yox deyirdim. Son anda 40-cı paraleli yenidən işlətməkdənsə, 40-cı paraleli seçdik. Daha köhnə. Son, əvvəldən qabaq gəlsin deyə. Başlayaq.
Elə ən başdan. 2007 H.O.S.T-u yaratdılar, Sumqayıtda olsamda 2008ə gəldi çatdı mənə. Qarşıdakı iki il ərzində fikirlərimi formalaşdırmağa başladı. (Kitab oxuma və kitabxana yaratma fikri də var idi, ordanda üstünə gəl kitablar, bir də litseydə olduğumu düşün, ordanda öyrəndiklərim). Nəticədə 2010da başladıq nələrsə yazmağa, nələrsə danışmağa, bölşüməyə. Başladım. (Bax: bloqumdakı ilk yazım, Dəyişdirə bilmədiyimiz həyat, 2010, 12 noyabr). Bu yaxınlarda 11 il oldu yazıram? (Yalan danışma.), 2016da qaldım deyəsən. Yazmaqlar orda bitmişdi əslində, ondan sonrası qırıntılar idi. 6 il yazdım. Ta ki, 2016da, hərbi xidmətdə olarkən maksimum yazma imkanım olduğu üçün, “M-66”-nın 90 faizini yazıb, “Boş çoxluq”-un 33%ini tamamlayana qədər. Ondan sonra dayandı. Ciddi bir şey yoxdu. Arada qulaqlı oğlan. Radio da dayanmışdı. Danışmırdıq, yazmırdıq. Birəz də 2017də nələrsə oldu (Utopiya). Amma nə olsun, lap elə 2017də, qapı bağlandı.
“
Çığırdım
, bağırdım qapı bağlıdı, qapı bağlıdı
Əllərim uzağa qaldı qapı bağlıdı, qapı bağlıdı
Qırxıncı qapı, qırxıncı qapı…”
Əslində bağlanmadı. Sadəcə hər şey çox dəyişdi. Birəz böyüdük. Birəz müsbətə qaçdıq. Xoş hadisələr yaşadıq. Həyat daha xoş olmağa tərəf addımlamağa başladı. Biz də başımızı işə və ailə həyatına qatmağa başladıq. Bir tərəfdən də insanlar gəlib keçib gedirdi. Yox o mənada yox, bir yarışda səni ötüb keçmək mənasında. Əslində xoş idi. Bir bu tərəfdə artıq yerimizdə qalmışdıq. Başqa dünyadaydıq. Saturna çatıb düşmüşdük. Məskunlaşmışdıq. Geri qayıtmaq yox idi artıq.
Sanki kədərə bürünərkən bol-bol yaza bilirsən, xoşluqda olarkən yazmaq deyə bir şeyon varlığını belə unudursan, 2010-2016 yazıları hamısı kədərlə sintezləşmiş bir bölmə idi. M-66 yazmağa başlayarkən bu bölmənin, ilk fəslin bitdiyini hiss elədim, yeni bir şey başlayırdı. Amma o da 2017də qaldı, qısa bir fasilə, 2021də davam etmək məqsədiylə. Ona görə də bu ikinci fəsli 2021dən başladı deyə saya bilərik. 4-5 illik kiçik bir fasilədən sonra başladıq.
Bu əslində vida yazısı olacaqdı, daha doğrusu qapanış yazısı. Qulaqlıqlı oğlanın sonuncu yazısı. Bir gecə yazılmış, sonuncu mahnı dinləmmiş, paylaşılmış və bitmiş.
“Barmağında arzuları qatla hərkəsin öz seçimi var həyatda.”
40-cı paraleldən dəm vurmağımın 40 fərqli səbəbi var idi. Məsələ o idi, 14 dedim, amma deyəsən 18 oldu, əsas məsələ odur ki “oldu”. Bəlkə 3 ay sonra geri qayıdacam, bəlkə də artıq çıxdığımız bu yol arzuladığımız yol olacaq və çox uzun olacaq. Nə olacağını heç vaxt bilmirik. Biləcəyik. Əsas odur bir başlanğıc oldu. Yeni bir həyat. Yeni bir dünya. Yeni çətinliklər. Yeni öyrənmələr. Hər şey yenidən başlayır. Başlaması üçün, bitməsi lazımdı. Bunun bitməsi misal üçün, “Qulaqlıqlı oğlanın”.
2021in yeni bir başlanğıc oldu, 2020dən aldığı güclə. M-66nı tamamladıq göndərdik çapa. Bunu bitiririk. Boş çoxluğa başlayır. Artıq sahəmiz tam dəyişib, elektronlaşdıq deyəsən. İşimiz texnologiya, yazımız elmi-fantastika. Oxucularımız da dəyişib. Baxdım rəqəmlərə, sonuncu rəydən 5 il keçir burda.
“Gücümü yığaraq bu divarı aşacam, axtarıb hardasa mən açarı tapacam.
Önümü kəsən qorxulu divi öldürüb, açarla qırxıncı qapını mən açacam.”
Və qulaqlı oğlan, qulaqlıqlarını çıxarır, qoyur bir kənara. Dərin bir nəfəs alır. Bitdi. Bu qədər.
September 22, 2021
M-66 – JekoPrint, 2021 (elmi-fantastik hekayələr toplusu)
Janr: Elmi-Fantastika (Hekayələr)
Kitabın dili: Azərbaycan
Nəşriyyat: JekoPrint
Nəşr ili: 2021
Səhifə: 108 səh.
Format: 125×175
Cildi: yumşaq
ISBN: 978-9952-8422-5-8
Tiraj: 300 nüxsə
“Qaranlıq gecənin səbəbkarıdır buludlar.
Onlar gecənin ən böyük yalançılarıdırlar.
Gizlədərlər ulduzları.
Deyərlər ki, yoxdur bu kainatda başqa bir canlı…”
Elmi-fantastik hekayələr toplusu olan M-66 kitabı müəllifin üçüncü kitabıdır. Kitab bir-birindən fərqli mövzularda 22 qısa hekayədən ibarətdir.
Kitabın pdf formatını yükləmək üçün:
muzefferpasazade@gmail.com – email adresimizə yazmağınızı xahiş edəcəm.
Oxuduqdan sonra fikirlərinizi bizimlə bölüşməyi unutmayın:
GoodReads
1000kitap
Kitabı əldə etmək üçün:
BakumozBooks – instagram, facebook
Kitabevim.az – instagram, facebook
Sahafçı Book Cafe – instagram
M-66, 2021
“Qaranlıq gecənin səbəbkarıdır buludlar.
Onlar gecənin ən böyük yalançılarıdırlar.
Gizlədərlər ulduzları.
Deyərlər ki, yoxdur bu kainatda başqa bir canlı…”
Janr: Elmi-Fantastika (Hekayələr)
Kitabın dili: Azərbaycan
Nəşr ili: 2021
Səhifə: 108 səh.
Elmi-fantastik hekayələr toplusu olan M-66 kitabı müəllifin üçüncü kitabıdır. Kitab hal hazırda elektron formada paylaşılmışdır.
Kitabın pdf formatını yükləmək üçün:
M-66, 2021 (elmi-fantastik qısa hekayələr toplusu) – pdf
Yaxın aylarda çap edilməsi gözlənilir.
July 21, 2021
Roya & Rizvan – Hər şey gözəldir həyatda
Hər şey gözəldir həyatda!..
Sən bu gözəlliyi anlaya, duya bilsən!..
Sağın sola, solun sağa, nə fərqi var ki hansı tərəfdəsən. Uzun incə bir yol getsin, qoy biraz dalğavari olsun. İstəsəndə istəməsəndə. Addımlayırsan. Bəlkə də önəmli olan hara getdiyin deyil? Bəlkə elə əsas məsələ getməyin özü idi? Kim bilir ki?
Baxırsan sağa, sola, nə fərqi var ki hansı tərəfdə tapdın? Önəmli olan tapmaq deyildi? Önəmli olan hekayəsini anlamaq deyildi? Nə də olsa hər şeyin bir hekayəsi var. Önəmli olan hekayə olmaqdı? Bəlkə hekayədə bir parça belə kifayətdir? Nə gərək var çox sözə, son nöqtə gərəkdir?
Vergüllə bitən hekayə var görən? Nə çətindir bu sual işarəsi.
Hərəmiz bir hədəfə,
Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə!..
Bu günkü mövzumuz hekayədir. Önəmli olan hekayəyə sahib olmaq imiş. O qədər böyük, ya da o qədər xüsusi olmaq deyilmiş. Bir hekayəyə sahib olmaq imiş. Gəl otur danış, sənin həkayən nədir? Nəylə məşğulsan, nə iş görürsən, nə üçün yazırsan? Var bir hekayən? Hələ də yoxdur? O zaman bunun axırı da yoxdur,
Yox, yox. Hələ son deyil, vergülə aldanmayaq. Tək bir şansımız var? Amma uzun. Alınar alınar. Bir olmasın min olsun. Unutma, bütün bunları boş ver və unutma, gördüyün işin bir hekayəsi olsun. Boş qalmasın. Sadəcə var olmaq üçün olmasın. Dinlədiyin musiqinin, getdiyin yolun, oxuduğun kitabın, baxdığın filmin. O səhər erkən qalxıb dəmlədiyin kəklikotulu çayın da bir hekayəsi olsun. Hekayələr nöqtə ilə bitmək məcburiyyətində deyil, bəli, gülümsə,
June 16, 2020
Orxan Zeynallı – 40-cı paralel
Hər şey 6-sı baş verdi, “not” sözü işlədilmiş bir cümlə. İki-üç gün sonra yüklənmiş bir musiqi tətbiqetməsi vasitəsiylə niyəsi bilinmədən azərbaycan dilində olan mahnılar dinləyə bilmək mümkün olduğu yada düşməsi. Axtarışdan H.O.S.T., ardınca 14 ay öncəyə aid yazının yada düşməsi. Axtarıb tapdım. O mahnını da tapdım. Qulaqlıqları taxdım. Təkrar düyməsi basılı qaldı.
21-ci il üçün, sentyabrına qədər bir niyətin reallaşma ehtimalı.. 14 ay sonrası üçün. Bir ovuc qum necə də süzülür barmaqlar arasından. Can sağlığı, uzun ömür. 14 ay öncə 21-in avqustuna çox böyük inam var idi. Həm də çox.
Mahnılar iki cür olur, dinlədiklərim. Ya başa düşdüyüm dildə olur, sözləri üçün, ya da başa düşmədiyin dildə olur – ritmi, musiqisi üçün. Uzun, çox uzun müddət idi ki, azərbaycan dilində mahnıya qulaq asmırdım. Bəlkə də bəhanə oldu, köhnə yazıları xatırladıq. Baxdıq. Necə də həvəsli idim həmin vaxtı. 14 ay sonra yenidən yazmaq. Daha doğrusu yenidən dinləmək. Məncə elə belə də lazımdı.
Tən ortadayam. 14 ay öncəyə qayıdaq. 14 ay sonranı gözləyək..
“Gözləyərəm
Gözləyərəm”
Biraz yuxulu, biraz oyaq. Uzaq deyil. Tez çatmağı gözləmək də mənasız. Bir iki saatlıq bir yol. Şüurlu şəkildə şüursuzluq üçün taxılmış qulaqlıq, başlamış mahnı. Bir neçə müddət sonrası üçün.
“Sonuncu qum dənəsi düşmədən yerə
Xəyala gedən yolda,
Gələcəyi üçün insan
keçmişini körpüdən atır”
Üfür ovucundakı tozları. Çox icazə verirsən tozlanması üçün. Dərindən nəfəs al və başla. Üfür. Hər dənəciyin ovucundan necə uçub getdiyini bir-bir izlə. Sanki bir yalvarış bu simvolik hərəkətlər. Gec-gec yada düşür. Güc lazım olanda, çarəsiz qalanda. Ya da təmiz başqa bir məsələ. Gizlən-qaç oynamırıq ki burda. Bəzən qəbul, bəzən etiraz. Dərindən nəfəs alaraq. Ehmalca. Bəlkə bu səfər olacaq? Ya da ən azından bir addım daha yaxınlaşacaq? Hər qum dənəsi bir ümid, sonuncudan qorx.
Mövzu bilinir. Sözlər xüsusi seçilmir əlbətdə. Örtülü bazar da dostluğu pozdu. Qaldı az. Az çoxdan çoxdu. İllər əvvəl inanılmış, bir inanca çevrilmiş. İllər demişkən. İllər keçmişdə qalıb? Bəs “Gələcək” nədir? Neçə gün, neçə il? 1 almaq üçün 1 verməlisən. Nə verdiyin məlum, nə alacağın bəs?
Özünü buraxıb musiqiyə, nə düşünəcəyini belə unudursan. Hər dəfə fərqli hisslər yaşadır.
“Bəlkə də dəyişəcək pasportumun rəngi,
Doğum yeri qalır eyni,
necə ki gözlərimin rəngi”
Qarışıq bir formada, qarışıq mövzu şəklində. İlk cümləni, sonda tamamlayırsan. Sadəcə özün oxuyub anlayırsan. Dəfələrlə. Bir mahnını 3 dəqiqə, ya sonsuzluq edən sadəcə “replay” düyməsinin basılıb basılmamasıdır. 0 yoxsa 1? Arada tək çəkilib bir qırağa, “özünü ifadə etməyə çalışmağa” çabalayırsan. Niyəsini bilmədən. Nə qədər qaçmağa çalışsan da, bütün çaylar eyni gölə axır. Bəlkə də elə fitrətində budu. Seçimi çoxdan etmisən. Etmisən? Bəlkə ediblər? Beyninə soxulmuş fikrin neçəsi sənindi ki? Sorğulamağa başlayanda sorğulamağın özünü sorğulayırsan. Bəlkə də aldadıldıq. Aldadıldıq..
Helyum doldurulmuş bir şar olub uçub getmək, çox uzaqlarda bir yerdə partlamaq lazımdı bəlkə də.
Getmək. Gedə bilmək. Getmək istəmək. Gedə bilməmək. Getməyə hazırlaşmaq. Getmək üçün yol axtarmaq. İçində “get” olan bütün sonsuz sözlər…
“Bir gün ölkədən qaçmaq idi arzum”
Bəs sənin arzun nə idi? Nədir? Nə olacaq? Arzulamaqdan yorulanda itirəcəksən, yoxsa hərəkətə keçəndə qazanacaqsan? Nə axtarırsan? Harda tapacaqsan. Bəlkə tapdın?
Görəsən çox qarışıq idi hər şey, yoxsa özün qəstlə qarışıdırırsan. Bilinməsin əsas məqsəd, bəlkə 50 dənə hədəf uyduraq? Yollarını azdıraq. Kimə lazımdı ki bu küçə hara çıxır, ya da bu ayaqlar hara gedir? Necə gizlənib, necə qaçıb qurtulasan? Necə minimumluğun maksimumunda qalasan? 1 azdı, 3 çoxdu, oyunun qaydası. Tutub əlindən, sadəcə qaçasan.
Və sonuncu qum dənəsi düşür yerə.
October 22, 2018
Trabzon səfəri (2)
Qırmızı Körpünün başlanğıcı. Bir hekayəyə necə və hardan başlamaq lazımdı danışmağa? Sondan? Əvvəldən? Ordan/burdan? Bəlkə elə niyə danışmalı olduğundan? Boş-boş məsləhətlərdən? Yoxsa sadəcə danışmaq ehtiyacından?
Bunun burası mənə aid, qoyaq onu bir kənara, digər tərəfə aid olan hissəyə keçək. Qarışıq şəkildə olacaq yəqinki.
Travzona yerləşdik, məsləhət görülən alış-veriş yerləri: Meydan; Cevahir, Form. Cevahiri bilmədim, amma meydanda gzə də bilərsiz, tarqovı tioli bir yerdi.. Form isə bizim moll-ların birəz böyük versiyası.
Gələk Formdan dolmuşla meydana, geri qayıtmağı da tək tərəfli adam vaşı 2.50 tl. Məsləhətli hamsi yeri də Meydandan aşağı parkın bitəcəyində Murat Balıkçı var; səhv xatırlamıramsa 17 tl idi bir porsion.
Ən əsası, nə edəcəyinizə ən əvvəldən qərar vermək lazımdı. Gəzmək ya alış veriç etmək? Haranı görmək, nə almaq? Gansı ardıcıllıq üzrə gəzəcəksiz, hansı listə uyğun alacaqsız?
Nətər gəldi edəndə mənim kimi iki gününüz gedəcək, ortada da alınması gərəkənlərin 70 faizini falan almış (artıq şeylər də alınmış) şəkildə qalarsız ortada yada ən son düşüb kritik olan alınacaqlar dalınca.
Apteklər (eczane) gündəlik işləyənlər var saat 6da bağlanır. Şəhər üzrə 4 regiona bölünüb hər regionda 1i olmaqla növbətçi eczaneler var. Gecə birin tapdıq; səhər 8də bağlanacaq; başqa növbətçilər açılacaqdı. Normalda isə 10da açılır (çox yer) axşam 6da da bağlanır (çox yer). Bəzərə almaq lazım idi.
Başqa nə deyim? Sərhədlər. Sərhəddə hər şey ola bilər. Keçən dəfə (4 ay əvvəl) 6-7 saat təxminən gözləmişliyimiz olub. Bu səfər çox rahatlıqla keçdik, yarım saatdan az çəkdi ki 40 nəfər falan keçsin, 1 saatda gözlədik avtobus keçdi, saat yarıma – uzağı 2 saata həll olundu, o da ki avtobusu gözləyirdik deyə oturub çay içə içə gözləmək rahat oldu. Sırada gözləsəydik, aldıqlarımızı ciddi şəkildə yoxlayıb çəkilərinə falan vaxsaydılar, daha betər olacaqdı, belə sakitcə çayla oturub gözləmək rahat oldu.
Nəticə odu ki, yola düşdük, artıq 22 oktyabr gecə saat 1. Tur bitir. Bakıya çatırıq ordan da evə.
Sadəcə ya mən çox bərbat insanam heç kəslə yola gedə bilməyən; ya da sadəcə yol yoldaşımızla sözləriniz düz gəlmirdi.
Yol yoldaşı məsələsi çox ciddi məsələdi. Adamı deyir yolda tanıyarsan. Görən çox bərbat biriyəm? Mənlə yol yoldaşı olmaq lazımdı. Getmək, gəzmək.
Məni qoyaq bir qırağa. Ümumiyyətlə bacardıqca getmək, gəzmək lazımdı. Oturmaq yox, görmək lazımdı. Çox oxuyan – çox gəzən söhbətinə girmiyəcəm, ikisindən də eləmək lazımdı. Vaxt tapmaq olur. İsiyəndə olur. Fürsətləri dəyərləndirəndə olur. İnanın ki olur.
Bu səfər mənə nə öyrətdi, bilmirəm, Kənana əfəndinin “yaşamaq üçün ölkələr” sualındakı “Türkiyə” məsələsini düşündürməyə vadar oldum sadəcə. Dil faktoru çox ciddi məsələdi. Keçən dəfə Gürcüstan (Tiflis) səyahətimdə qey eləmiçdim, dil məsələsin. Bu səfər türk dilini ana dilinə yaxın bilirdim deyə; o rahatlıq, o “təhlükədəyəm” qorxusundan uzaqlıq elə xoş oldu ki, bəzi hallarda hətta Bakıdadından belə daha rahat oldum. (Xırdalanı demurəm, həyatımda ən narahat olduğum – getdiyim/olduğum şəhərlər arasında birixi yerdədi, ya 2).
Təhlükə hissindən uzaq, dil baxımından özünü rahat hiss edəcək, öyrədici, bol gəzintili növbəti səfərlərə qədər (bu səfər yazıların da blogda ayrıca bölməyə çıxarmağın vaxtı yetişdi).
October 21, 2018
Trabzon səfəri (1)
Müəyyən məqsədlər üçün, müəyyən hadisələrdən əvvəl, müəyyən şəxslər, müəyyən şəxslərlə birlikdə müəyyən yerlərə getmək istəyirdilər. Bütün bu meəyyənlik, əslində qeyri nüəyyən idi. Enşteyinin bir sözü var ey, “Taneı zər atmaz”, elə təsəvvür edək ki, zər atıldı, mənə düşdü. Qalan büten hər şeyi əvvəlki qeyri müyyənlikdə saxlayıb çox sıxıcı bir məsələyə çevirək.
Hə, yığdıq veş-vüşü, düşdük yola; Trabzon turu adı altında. Nələr gələk başımıza nələr olacaq, nələr edəcəyik? Oho. Heçnə bilmirəm. Xəbərim yoxdu. Gələcək zamana ziyarət edib məlumat verə bilərəm.
Pul varəsində bəxtim gətirdi deyəsən, 6 qoşa olmasa da 5 qoşa falan düşmüdü, ən azından 4; əsas odu qoşadı. Bütün xərclərim ödəndi. Ona görə geniş şəkildə pul məsələri haqda informasiya ver bilməyəcəm, amma bu gəzintimin, gələcək zamanlı oxşar yol yoldaşları üçün ön təcrübə olması üçün, maksimum şəkildə informasiya verməyə çalışacam.
Bir xeylaq pul xərcləyib, bolca yol üçün ərzaq aldıq. Həddən artıq. Görək yyib sonuna çata biləcəyik?. Turun qiyməti 135 azn, 3 gecə 4 gün (3 gecə idi? 2 gecə qalası idik, axı, dəsən 2 gecə 3 gündü, qalanı avtobus). İstiqamət Trabzon (Nothing video silsiləmə salam olsun, say artırmaq lazımdı).
Hə. Yığdıq yığacaqlarımızı, saat 3 üçün nəzərdə tutulan toplanış yerinə germək üçün saat 2-yə 10 dəqiqə işləmiş yola qoyulduq. Burda bir səhv vardı, yükümüz ağır falan olduğu üçün, *9933-lə 6 manata getdik (siz reklam sayın, mən xərclər barəsində informasiya verməyə çalışdığımı deyim, taksify-ı ilk yoxladım 6.50 azn yazdı, onla gedəcəkdim, sürücünün gəlib çatması üçün 43 dəqiqə gözləməyə ərinməsəydim). Hə. Saat 2də gəlik çatdıq. Demək nə etmək lazımimiş? Ya avtobusla gələcəksən gəlmək istədiyin yerə, ya da 1 saat əvvəldən, 2 yox. Hə, qısası 1 saat tez çatdıq. Bekar dayammayıb Macdonaltsa (28 moll) baş çəkdik, 1 menü + 1 kartof dedim, 2 menü yazdı, sildi artıq aldığı ödənişi geri qaytarandan sora sifarişimizi istədiyimiz şəkildə aldıq. (Ay adam, axı sizin iş qaydasıdı, sonda sifarişi təkrarlayıb – təsdiq alıb helə edirsiz əməliyyatı).
Nəsə, beləcə vaxt öldürüb 3 üçün (5 dəqiqə qalmış) toplaşma yerində olduq. 25 dəqiqə gözləyəndən sora avtobus gəldi. (Bir əl sürücüyə lənət oxudum, 25 dəfə – burdan da bir əlimdə 25 barmaq var kimi bir nəticəyə gəlməyək).
Birəzdə kimlərinsə gəlib çatçağın gözlədik, o ara yerləşməyə – yolda nələri hansı ardıcıllıqla yeyəcəyimi planlamağa başım qarışdığı üçün, gecikənlərə görə əsəbləşmək yadımdan çıxdı. Bax indi yadıma düşdü, adamsız, adam balasız. Mən bir saat tez gələ bilirəm, sən 30 dəqiqədən də artıq gecikirsən. Olmaz belə. (Sonra öz gecikdiyim, gözlətdiyim xüsusi insan yadıma düşdü, utandım, bir daha üzr istədiyimi belə ümumi formada bildirim).
Yol haqqında uzun uzun yazası bir şey olar deyə ümid edirəm.
Ayda, yerin adı yadımda deyil, deyəsən, Çıraq restoran idi, ürəyimdən lülə yemək keçdi, qiymətin 3.50 azn olduğun öyrəndim, çay, və lülə-kabab sifariş etdim (1 şiş – 5 manatlıq yemək nəzərimdə tutmuşam – dedim axı xərclərim vir yerə qədər qarşılanıb amma 6 qoşa düşmüyüb bəxtimə, – əsas odu qoşadı). Çayın yanında şiniyyat da verirlər, bax ehtiyatlı olmaq lazımdı. Soruşdum, dedilər yediyin pulun ödəyirsən, dəzgah deyil.
Hara deyil, gəldim kassaya axırda ödəniş üçün bi dənə də qazsız yarım litirlik su götürüb, dedi 7.50 azn. Dedim şirniyatlara dəyməmişik, az olar birdən. Soruşdu ki heç birinə, dedim heç birinə. Oldu, düzgün qiyməti dedilər, 5.50 azn, ödəniş edib getdik. (3.50 azn lülə, 1.00 azn çay, 1.00 azn su). Avtobusa mindik. Avtobus demişdən, avtobus barəsində öncədən heçnə deməmiçdilər, dedikləri qədər var idi: heç nə yox idi. Amma bir kondisoneri var idi ki, pəh!. Dondum. Normalda 2 dəfə avtovusla uzaq yola çıxmışlığım var, ikisində də eyni şey olmuşdu: donmuşdum. Bəli. Bu səfət təcrübəli olaraq uzun qol paltar götürmüşdüm yanımda o da bəs eləmədi, ayaqlarım və başıma ancaq soyuq vururdu.
Hələ, bu harasıdı. Siqaret. Bəh bəh bəh. Avtobusun içində kmsə siqaret çəkirdi. Bunu yazdım bir qırağa. Qayıdandan sora Turizm nazirliyinə, və siqaretlə bağlı sərəncama uyğun hansı orqan xidmət göstərirsə onun qaynar xəttini tapıb şikayət edəcəm. Əvvəl getdiyim hansı tur şirkətini onu dəqiqləşdirməliyəm.
Hələ bu yol. Hər petrolda saxlayıb 15 dəqiqə siqaret fasiləsi verirdilər. Bezdim gözləməkdən.
Xırdaçılıqlara qalsa, çox danışmaq olar, 18 oktyabr üçün yola çıxdığımız səfərin gecəyarısında (12 tamam), gürcüstan sərhədinə çatdıq.
Biraz həyəcan qatım dedim, sırayla gedirik, arxamca gələn adamdan ya sarımsaq, ya da araq iysi gəlirdi, ayırd edə bilmədim, leş kimi iylənirdi. Təsəvvürümə gətirdim ki narkotik istifadəçisidi, ehtiyatlı olmalıyam, bütün hisslərimi oyatdım, diqqətimi o adama verdim ki heç cür mənə toxunmasın, cibimə nəsə ata bilər, dəfələrlə ciblərimi yoxladım. Birəz keçndən sora keçdik sənəd yoxlama hissəsinə, o da şəkili mənə oxşadammadı, soru sola tutdu, qan qurupu, axırıncı dəfə haçan gəlmisən falan. Bizdən əvvəlkin göz rənginə ilişmişdi. Kankret nöbədə ürəyi sıxılır, bilmir vaxtı necə keçirsin, başın qatsın.
Düşdük yola, gecə saay 01:42; hardasa bir yerdə durduq, 2.70 lə kiçik bir miqdar dolları lari-yə çevirdik. Ardınca yola düşdük, səhər yemyini bilmirəm amma; hədəf günorta saat 2 üçün Trabzona çatmaqdı.
İçimdən bir fytbol həvəsi keçdi, qəribə bir sevibc və enerji yarandı. Heyf, əvvəldən planlasaydım, Karvan formamı geyinib gələrdim. Olsun. Gedək, Trabzonun özü oynasa evdə və bilet ucuz olsa, ona; olmasa da aşağı liga komandalarından tapıb getmək istiyirəm baxmağa. Görək nətər olur.
Saatlar 02:12 göstərir, amma bilmirəm, haranın saatına görə göstərir, məncə 1 saat fərqimiz olmalı idi Tiblislə. Hə, Tiblisin içindən keçirdik, tur rəhbəri bəzi binaları göstərir, adların çəkir, növbəti dayanacağa saat yarım qaldığını bildirir. Bir də Kür çayı.
Sənin olmadığını bilə-bilə özünküymüş kimi hiss elətdirən çeylər var. Misal üçün yaşadığın ərazilərə aid olmayan bir futbol komandası, çox uzaqlarda çəkilən serial, və ya bir çay. Kür. Burda nə yerinə “Kür çayı”, mahnısı düşərdi, Fuad Dadaşovun, Gültəkinlə gitara coveri. Pəh. Amma birəz kədərlidi, tam yerinə düşmüyəcək, amma yuxu gətirə bilər. Yola davam.
Getdik harasa çatdıq, yol yoldaşım kofe, mən kapiçino aldım, o içəmmədi (americano idi), ikisin də mən içdim. Sok, şirinquş falan aldım, oldu tamam. Wifi də tapım, yazının bura qədər olan hissəsin təhlükəsiz yerə göndərdim.
Yol gedəndə adamın ağlına min bir idea gəlir. Mini qoyaq kənara, gələk əsas o bit dənəyə. 3cü kitabım elmi fantastika janrında olacağı üçün, biraz xərc çəkib türkcəyə çevirib, Tevfik Uyarın elektron nəşriyyatı vasitəsiylə türk ədəbiyyatına qatmaq kimi bir istək. Onsuz satış məsələsin xoşlamıram, pulsuz oaykayıram, elektronunu da qoyram. Sadəcə istədiyim, rəsmiliyi olsun, yazar Muzafferusa aid olduğu bilinsin. Amma əvvəlində noyabr gəlsin çatsın, 2ci kitabımın elektronunu yayım, 2 ildi oxuyan yox idi, indən sora bəlkə 2 nəfər oxuyar (digəri ilk kitabı elektonlaşdırıb pulsuz bloguma yerləşdirəndən sora pdf 5, epub versiyası olan likə isə sadəcə 1 dəfə daxil olunub. Onların da hansı yüklüyüb; hansı oxuyub; bilinmir).
Saat 6da başqa bir yerdə 15 dəqiqəlik fasilə edib yola davam etdik, hələki Gürcüstan ərazisindəyik. Enerjim artıq 8 faizdi. Bir wi-fi tapdım, istifadə etmək üçün app-ə yönləndirdi, yüklətdirdi (öz wi-fi əlaqəsi ilə), sora istifadəyə icazə verdi. Bəyəndim. Sağolsunlar (burada həmin app-in linki olacaqdı – yadıma salan olsa).
Saat təxminən 6, Kutasi isriqamətinfə şəhərə girirk,oyan/yat/oyan/yat, maraqlı bir şey yoxdu; işin içinə əyləncəqatmaq lazımdı. Bir dəfəsində bir yerdə belə bir şey eşitmişdim ki beynimizi inkişaf etdirmək üçün edəcəyimiz şeylərdən biri də, bir yerdə oturub, gəlib keçən insanlar üçün hekayələr uydurmaqdı. Yolda heç kim yoxdu, ancaq evlət və pəncərələri var. Pəncərə belə bəs edər mən: bu evdə siyasətçi oturur, xəbəri yoxdu bir həftə sora həps olunacaq; bu evdə gənc ailə yaşayır, yaxın müddəy ərzində övladları dünyaya gələcək, bu biri pəncərəli evdə iki qoca cütlük var; övlarları yoxdu, özləri özləri üçün yaşayırlar; bu biri evdə polis yaşayır, işini sevən, hər kəsə kömək olmağa çalışan; bu biri evdəki cavan oğlan xərçəng xəstəsidi, amma qalib gələcək, iki il sora yol qəzasında öləcək; digər evdəki ata oğlunu paytaxta yola salmağa hazırlaşır, təhsil dalınca; digər evdəki hamilə qadın yoldadaşının hərbi xidmətdən qayıtmağını gözləyir, gözünə yuxu getmir; digər evdəki yatmayan cavan oğlan isə ilk romanı üzərində işləyir, başı qarışıqdı,uğurlu olacaq; digər evdəki balaca körpə böyüyüb baş nazir olacaq – indiki baş nazir də haçansa balaca uşaq olub, hansısa pəncərəli evdə; digər evdəki uşaq sabah velosiped almağa gedəcək; digər evdəki qadın yoldaşından yeni boşabıb; işdən məzuniyyət götürüb buralara istirahət üçün gələn tələbə də növbəti pəncərəli evdə yatır; yatır; hər kəs yatır; yatmaq vaxtıd.
Saat 9. Batumi içindən keçirik, tur rəhbərimiz bizə ətrafdakı binaları göstərib adların sayır. Yarım saat sora sərhətdəyik, keçib avtobusa minirik, yola qoyuluruq, 3 saatlıq yola hələ var qarşıda.
Belə deyim, qidalanmanı düzgün edəndə min bir iş gəlir başa, mini getsin qırağa, o sonuncu bir dənənin adı: “köp”, mənim adlandırmamla “Şar effekti”, qarın şişir olur şar boyda, iynə tapmırsan ki partdadasan, o üç saatı ağrı içində gəldik çatdıq, burasın qeyd edim ki hər şey yaxşıdı, bura qədər, belə.
April 5, 2018
Android kaynak listem (Android mənbə siyahım)
Türkçe kaynak:
İngilisce kaynak:
Youtube:
Android Studio ile Uygulama Geliştirme Eğitimi
Android App Development for Beginners Playlist
Android Development For Absolute Beginners
Learn Android 2 Data, web services, parsing
Sonda:
Junyor android geliştiricilerine tavsiyeler
April 4, 2018
Java kaynak listem (Java mənbə siyahım)
Bloglar:
Java SE
Java Kitap
Ufukuzun
Mobilhanem
Youtube:
JavaEdu
Sıfırdan Java
Bilgisayar Kavramları 1
Nesnel programlamaya giriş
Sonda:
Clean Code
January 31, 2018
Rasim Müzəffərli – Rekviem
Qığılcımlar qopur bu şəhərin üstündə,
Oda alova bürünmüş bir gecənin içində
Tutub əlimizdə bizi aparacaq uzağa
Yumdurub gözümüzü danışacaq
Uyduracaq, uyduracaq, bizi inandıracaq
Sonra gözümüzü açıb həsrət qoyacaq uzağa
Bu nə Okaberin Vətən xainidi
Nə də ki Muzafferusun şeri
Bu Rasim Müzəffərlinin Rekviemidi
Kədər verən bir şəkillə
Kədəri daddıran səslə
Rekviem…
Uzun sözləri yavaş yavaş qoyuruq qırağa.
Hiss etdirmədən yaxınlaşırıq sona.
Unudulmaq ümidi ilə
Unudulmayanların xatirəsinə….


